23 Sentyabr 00:20

YARAT Film Klub: “Möcüzə”

Əziz dostlar,
Sizi ARTIM Layihə Məkanında “bullinq” mövzusuna aid “Unut bildiklərini, gör mən kiməm” sərgisi çərçivəsində baş tutacaq YARAT Film Klubunun yay fəslinin bağlanış tədbirinə dəvət edirik. Bu dəfə amerikalı rejissor Stiven Çboskinin “Möcüzə” filmini izləyib müzakirə edəcəyik.

Film haqqında:

“Möcüzə” filmi qeyri-adi görkəmli oğlan Ouqust “Oqqi” Pulmandan bəhs edir. Oqqi anadangəlmə nadir xəstəlikdən (Triçer Kollins sindromu) əziyyət çəkir. Cərrahların səyi nəticəsinə baxmayaraq, onun siması bədheybət halda qalmaqdadır. Buna görə də, gözəl yumor hissinə sahib olan qəhrəmanımız heç kimin qorxmaması üçün astronavt dəbilqəsində gəzməyə artıq öyrəşmişdi. Oqinin artıq məktəbə getmək zamanı gəlir, burada yalnız oxumaq yox, həm də sinif yoldaşları ilə dostluq etməyə çalışmaq lazımdı.

Tədbirin qonağı «Green Line» Mərkəzinin aparıcı psixoloqu Elnarə Şahbazzadədir. E. Şahbazzadənin uşaqlar və böyüklər ilə fəaliyyəti üzrə 5 illik təcrübəsi var. Bir çox beynəlxalq konfransların iştiraksıdır, 2015-ci ildə “Xüsusi ehtiyacı olan uşaqların normativ həyata inteqrasiyası” mövzusunda beynəlxalq konfransda Azərbaycanı təmsil etmişdir.

Filmin müddəti: 113 dəq.
Film Rus dilində nümayiş olunacaq

25 sentyabr, saat 19:00
ARTIM Layihə Məkanı
(İçərişəhər, Kiçik Qala, 5)
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)