28 Noyabr 16:26

YARAT Film Klub: “Adi əhvalatlar”, “Obyekt №1

Adi əhvalatlar (Rusiya, 2000)
Obyekt № 1 (2009)
Rejissor: Murad İbrahimbəyov

Noyabrın 29-da YARAT Mərkəzində rejissor və ssenarist Murad İbrahimbəyovla yeni görüş baş tutacaq. Bu dəfə sizə qonağımızın iki filmini – “Adi əhvalatlar” komediyası və “Obyekt №1” kino-novellasını nümayiş etdirəcəyik.

Adi əhvalatlar:
Film Mixail Zoşenkonun hekayələrinin motivləri əsasında ekranlaşdırılıb və baş qəhrəman – elektromontyor Vasili İvanoviç Myakişevin (akt. Vladimir Steklov) obrazı ilə bağlı bir neçə novelladan ibarətdir.

Obyekt № 1:
“Obyekt №1”-in qəhrəmanları ecazkar, əfsanəvi Moskvanın qüllələri və şpillərində bəzək əşyalarının gözəlliyinə nəzarət edən iki mifik təmir işçisidir. Onlar kosmonavtlar kimi geyiniblər, hətta sovet antikliyi çarlığında öz yüngüllüyünü hiss edirlər. Obyektin üzərindən sovet bayrağının qırmızı ləkəsini götürmək lazım gələrkən onlardan biri yerə yıxılır. Digəri isə arzusunu həyata keçirə – “Obyekt №1”-ə düşə bilir – və budur, o, əsl Yuri Qaqarin siması kimi böyük Kreml ulduzunun qanadı ilə addımlayır və onun yaqut parıltısında əriyərək, daim xoşbəxtliyin bərqərar olduğu yerin qapısına daxil olur.

2009-cu ildə film Beynəlxalq Venesiya Kinofestivalının proqramına daxil olub.

Filmlər rus dilində, ingilis subtitrləri ilə nümayiş etdiriləcək.
Tarix: 29 noyabr, 2016
Vaxt: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)