YARAT Film Klub: “Araf” filmi

YARAT Müasir İncəsənət Məkanı sizi növbəti kino tədbirinə dəvət edir. YARAT Film Klubu çərçivəsində 27 sentyabr 2016-cı il tarixində rejissorlar Fidan Cəfərova və Tofiq Rzayevin “Araf” adlı filmi nümayiş olunacaq.

“Araf”, (Azərbaycan, 2016, 10 dəq.)
Rejissorlar: Fidan Cəfərova, Tofiq Rzayev

Art-xaus janrında çəkilən “Araf” filmi, müharibə dövründə bir ailənin yaşam tərzi, parçalanması və ailənin hər bir üzvünün düşdüyü emosional vəziyyəti əks etdirir. Filmdə müharibənin konkret olaraq nə zaman baş verdiyi göstərilmir. Filmin “Araf” adlandırılması da təsadüfü olmayıb: İslamda “Araf cənnət və cəhənnəm arasında məkan sayılır”.

Rollarda: Bəsti Cəfərova, Sabir Məmmədov, Könül İskəndər və Adil Dəmirov.

Film Azərbaycan dilində nümayiş olunacaq.

Tarix: 27 Sentyabr, 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir.

Bir cavab yazın

Back to top button
Close