28 Fevral 18:41

YARAT Film Klub: “Bu sevgidir”

“Bu sevgidir” (Azərbaycan, 2017)
Ssenari müəllifi və rejissor: Teymur Daimi

Əziz kinosevərlər, sizi martın 5-i filosof və konseptual rəssam Teymur Daiminin “Bu sevgidir” adlı filminə baxmağa dəvət edirik.

Sevgi və ölüm – filmin əsas mövzularıdır. Anasının son günlərini kameraya çəkərkən filmin müəllifi və rejissoru bu çəkilişlərin yeni filmin əsası olacağını düşünmürdü. O, anasının həyatının son günlərini, saatlarını, dəqiqələrini lentə aldı…Yarım saatlıq sənədli film 65 illik ailə cütlüyün böyük məhəbbətindən bəhs edir. Onların münasibəti XX əsrin ortalarından bu günlərə qədər dəyişən Bakının fonunda yaşanır. Ekran əsəri qısametrajlı sənədli filmi olsa da, mövzunun incə və həssas açıqlanması, fərdi müəllif ifadəsini vurğulayan çoxşaxəli rejissor fəndləri bu əsəri bədii filmə çevirir.

“Bu sevgidir” filmi bir sıra nüfuzlu beynəlxalq kino forumlarında iştirak edib, o cümlədən: DO PÃO International Documentary Film Festival, Barcelona Planet Film Festival, Roma Cinema DOC, AltFF Alternative Film Festival. Film XIII Kazan Beynəlxalq Müsəlman Film Festivalı (2017) “Ən yaxşı qısametrajlı sənədli film” nominasiyasının qalibi olub və Eurasia International Monthly Film Festivalında 2017-ci il may ayının “Ən yaxşı sənədli filmi” mükafatına layiq görülüb. 2018-ci ildə 2 “Qızıl Pəri” mükafatını (kino tənqidçilərin xüsusi mükafatı və Azərbaycan Kino Akademiyasının mükafatı) qazanıb.

5 mart, saat 19:00
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)