12 Fevral 17:17

YARAT Film Klub: Duz, istiot zövqə görə

“Duz, istiot zövqə görə” (Azərbaycan, 2018)
Rejissor: Teymur Hacıyev
Filmin müddəti: 21 dəq.

Film dul qadın və onun iki övladı haqqındadır. Qəhrəmanlar bir evdə yaşasalar da, onların ruhu bir-birindən aralı düşüb. Kimsə gərək onların həyatını yaxşılığa doğru dəyişməyə cəhd göstərsin, amma, 3 nəfərdən heç biri, öz ağrısı ilə bölüşməyə hazır deyil…

Teymur Hacıyev (d.1982, Bakı) Bakı Dövlət Universitetində İqtisadi Kibernetika üzrə bakalavr və West Texas A&M Universitetində MBA dərəcəsinə yiyələnib. Kino sahəsinə gəlməmişdən öncə Azərbaycanda Marketinq Direktoru vəzifəsində bir neçə şirkətdə çalışıb. O, 2013-cü ildə “FIL PRODUCTION” şirkətini təsis edib. Teymur 2013-cü ilin sentyabrında özünün ilk “Yara” adlı qisa filmini tamamlamış və onun premyerası ABŞ-da “Palm Springs ShortFest” qısametrajlı film festivalında baş tutmuşdur. 2014-cü ilin avqustunda “Locarno Summer Academy” təlim proqramına qəbul olmuşdur. 2015-ci ilin martında o ikinci “Şanxay, Bakı” adlı qısa filmini çəkib, onun nümayişi isə Finlandiyada Tampere Film Festivalında həyata keçirilmişdir. Rejissorun sayca 3-cü ekran əsəri olan “Duz, istiot zövqə görə” filminin beynəlxalq premyerası bu yaxınlarda keçirilən Rotterdam Beynəlxalq Film Festivalında baş tutub.

Film Azərbaycan dilində nümayiş olunacaq

19 fevral, 19:00
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)