12 Avqust 10:44

YARAT Film Klub: “Hamı öləcək, amma mən qalacağam”

Əziz dostlar,
Sizi ARTIM Layihə Məkanında “Unut bildiklərini, gör mən kiməm” sərgisi çərçivəsində baş tutacaq növbəti film nümayişinə dəvət edirik. Bu dəfə rusiyalı rejissor Valeriya Qay Germanikanın “Hamı öləcək, amma mən qalacağam” filmini izləyib müzakirə edəcəyik.

“Hamı öləcək, amma mən qalacağam” filmi – Rusiyanın ucqarında, doqquzuncu sinifdə oxuyan üç rəfiqədən və onların böyüklər dünyasına ilk addımları haqqındadır. Filmin premyerası 2008-ci il Kann Film Festivalının “Tənqid həftəsi” debüt film proqramı çərçivəsində baş tutub və münsiflər heyəti tərəfindən “Qızıl kamera” xüsusi mükafata layiq görülüb.

Tədbirin qonağı “Sevin” Ailə və Valideynlərə Dəstək Mərkəzinin yaradıcısı, reproduktiv sağlamlıq və ailə psixologiyası üzrə mütəxəssis Səbinə Abdullayevadır.
Ailə birliyi necə həyat sürür, valideynlər və valideynlərlə uşaqların arasında münasibətlər necə inkişaf edir?
Cəmiyyətdəki proseslər ana və qız, ata və oğul arasındakı münasibətlərə necə təsir edir?
Uşağı və yeniyetməni necə “nəzərdən qaçırmaq” olar?
Yenidən onunla əlaqə qurmağın ən yaxşı üsullar hansıdır?
Filmin nümayişindən sonra Səbinə Abdullayeva bu və digər sualları sizinlə müzakirə edəcəkdir.

Filmin müddəti: 1 saat, 20 dəq.
Dil: Rus
Yaş məhdudiyyəti: 18+

21 avqust, saat 20:00
ARTIM Layihə Məkanı
(İçərişəhər, Kiçik Qala, 5)
Giriş sərbəstdir

ARTIM haqqında
Təsis olunduğu 2015-ci ildən etibarən ARTIM (yəni “tərəqqi”) azərbaycanlı incəsənət peşəkarlarının və YARAT Rezidentura Proqramından olan beynəlxalqsəviyyəli rəssamların eksperimental təcrübələrini və yeni işlərini nümayiş etdirir. Bakıda İçərişəhərdə yerləşən bu məkanda çoxsaylı kiçikmiqyaslı layihələr nümayiş etdirilməklə yanaşı, yeni ideyalar və əsərlər yaratmaq üçün gənc rəssamların seminarlar və gündəlik studiya təcrübələrinə qatılmasına imkan verən proqram – ARTIM Lab layihəsi təşkil edilmişdir; ikinci məkanın açılması ilə bu təşəbbüslərin daha geniş miqyasda davam etdirmək imkanımızın yaranmasını bildirməkdən böyük qürur hissi duyuruq.

İş saatları: Çərşənbə axşamı – Bazar, 12:00 – 20:00
Ətraflı məlumat üçün: www.yarat.az; 0125051414

Bəyən və paylaş

Rəylər

rəy(lər)