YARAT Film Klub: #Hamlet Maxine Peake

Quruluşçu rejissor Sara Frankom Uilyam Şekspirin “Hamlet”ini öz təxəyyülünün süzgəcindən keçirərək yenidən özünəməxsus şəkildə ekranlaşdırmış və tənqidçilər tərəfindən çox böyük rəğbətlə qarşılanmışdır. “British Council”un dəstəyi ilə bu əsər 2014-cü ildə “Manchester Royal Exchange” səhnəsində böyük anşlaqa nail oldu. 23 Mart 2015-ci ildə Birləşmiş Krallığın 300-ə yaxın kinoteatrında nümayiş olunan “Hamlet” filminin baş rolunu isə Maksin Pik canlandıraraq ona yenidən həyat vermişdir. Film məşhur “Piter Qrayms Aldeburq çimərliyində” (Peter Grimes on Aldeburgh Beach) filminin yaradıcı heyəti tərəfindən ərsəyə gətirilmişdir. Bu film British Council “Britten on Film” beynəlxalq film turu çərçivəsində Birləşmiş Krallığın kinoteatrlarında 2013-cü ildə nümayiş etdirilməyə başlanmışdır. Hazırda “British Council” “Hamlet” filmini “Şekspir Filmlərdə” tur proqramı çərçivəsində də beynəlxalq arenada 2016-ci il ərzində ana dili ingilis dili olmayan ölkələrdə nümayiş etdirir.

Proqrama daxildir:
– Şekspirin əsərlərinə keçmişdə çəkilmiş səssiz filmlər və Britaniyalı aktyor və rejissorlarının onun əsərlərini dünya səviyyəsinə çıxarmaq məqsədi ilə ustalıqla hazırladıqları adaptasiyaları (Olivye və Brana kimi);
– Bu günün dahi şekspirşünas aktyorları Cudi Denç (“Yay gecəsində yuxu”) və Yan MakKellenin (“III Riçard”) çıxışları;
– Şekspirin ölməz əsərlərinin aktuallığından ilhamlanaraq onlara yeni həyat verən eksperimental və maraqlı ekranlaşdırmalar (“Prosperonun kitabları”, “Qan teatrı” və “Növbəti”);
– Müxtəliflik, mənsubiyyət və ehtiras kimi mövzuların təcəssümü olan filmlər (“Otello”, “Romeo və Cülyetta” və “Mələklərlə söhbət”).
Bakıda nümayiş olunan ilk filmlər “Kral Lir” (29 Fevral, Bakı Dövlət Universiteti) və “Heç nədən hay-küy” (15 Mart, YARAT) olmuşdur və il boyu bir çox filmin də nümayiş olunması planlaşdırılır.

Film İngilis dilində nümayiş olunacaq
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Bayraq Meydanının yaxınlığında)
Tarix: 17 May, 2016
Vaxt: 19.00
Giriş sərbəstdir

Bir cavab yazın

Back to top button