YARAT Film Klub: “Heçliyə qovuşmağımı sükuta bağla”

“Heçliyə qovuşmağımı sükuta bağla” (2018)
Rejissor, ssenarist, prodüser: Validə Baba
Operator: Ləman Xankişiyeva
Aktyorlar: Jannet Janqalova, An Nquyen, Klara Keytlin Melniçuk
Filmin müddəti: 35 dəq.

“Heçliyə qovuşmağımı sükuta bağla” – danışıq, fotoqrafiya və emosiyalar vasitəsilə ünsiyyət və ya kommunikasiya çətinlikləri ilə üzləşmiş dörd qəhrəmanın həyatını gizlətmiş qeyri-müəyyənlik pərdəsini aşkara çıxaran arthaus üslublu qısametrajlı filmdir.

Ünsiyyət – bəşəriyyətin sağ qalmasının əsas şərtlərindən biri olsa da, hər kəs bu sahədə uğur qazanmağa müvəffəq olmur. Kommunikasiya çətinliyi o zaman meydana çıxır ki, bir adam, öz reallığında olarkən, qəlbinin gizli qapılarını digər dünyalara açmaq qabiliyyətini itirir və nəticə etibarilə, öz reallığını yeganə mümkün ola bilən reallıq kimi qəbul edir. Şəxsi dünyanın “süqutu”, itaətkarlıq, laqeydlik, öz-özünü məhv etmə və özünə qapanma kimi digər ünsiyyət növləri ilə bağlıdır.

Filmdə həyatın özü hər bir qəhrəmanın ürəyinin yeni, naməlum “səsini” hazırlayıb: onlar bu səsi anlamalı və dərk etməlidirlər…

Film ingilis və fransız dillərində rus subtitrləri ilə nümayiş olunacaq

25 dekabr, 19:30
YARAT Mərkəzi
Giriş sərbəstdir

Bir cavab yazın

Back to top button