YARAT Film Klub: “Həddən artıq uyğunluq”

YARAT Müasir İncəsənət Məkanı Sizi yeni 2017-ci ilin ilk film nümayişinə dəvət edir.

Yanvar ayının 10-u YARAT Film Klubu çərçivəsində Azərbaycan rejissoru Ülviyyə Könülün romantik komediya janrında çəkdiyi “Həddən artıq uyğunluq” filmi göstəriləcək.

Böyük hisslərdən və aldanmaqdan heç kəs sığortalanmayıb. Dünyanın hər yerində sevgi, xəyanət və yalanla qarşılaşmaq olar. Filmin qəhrəmanları Mayk və Aydan ayrı-ayrılıqda aldanılıblar. Həyatlarındakı hədsiz uyğunluq onları görüşdürür və bir-birinə sevdirir. Sevgi isə məsafəyə baxmır. Əsasən də böyük sevgi. Görəsən, növbəti dəfə onlar harada görüşəcəklər? Bakıda yoxsa Nyu-Yorkda…

Film Azərbaycan dilində nümayiş olunacaq.
Tarix: 10 yanvar, 2017-ci il.
Vaxt: 19:00
Giriş sərbəstdir.

Bir cavab yazın

Back to top button