16 Aprel 21:05

YARAT Film Klub: Jül və Cim

Əziz tamaşaçılar!

Aprel və may aylarında, yeni filmlərlə yanaşı, Sizləri heç vaxt köhnəlməyən dünya klassik filmləri ilə sevindirəcəyik!

Dünya klassik film nümayişləri üzümüzə gələn çərşənbə axşamı Fransua Trüffonun “Jül və Cim” filmi ilə başlayacaq. Bu film kinosevərləri sevindirərək, Bakı Frankofon festivalının layiqli finalı olacaq.

1-ci Dünya müharibəsindən əvvəl Parisdə iki dost – avstriyalı Jül və fransız Cim yaşayırdılar. Bir gün onlar muzeydə qədim qadın heykəli görürlər və ona aşiq olurlar. Çox keçmədən, onların həyatında həmin heykələ bənzəyən xanım peyda olur. Katrin ikisini də heyran edir…

Film fransız dilində nümayiş etdiriləcək, ingiliscə alt-yazıları olacaq.

19 aprel 2016
19:00
Giriş sərbəstdir!

Bəyən və paylaş