8 Sentyabr 10:06

YARAT Film Klub: “Korreksiyaedici sinif”

“Korreksiyaedici sinif” (Rusiya, 2014)
Rejissor: İvan Tverdovski
Filmin müddəti: 98 dəq.

Film ARTIM Layihə Məkanında nümayiş olunan “Unut bildiklərini, gör mən kiməm” sərgisi çərçivəsində təqdim olunur və “bullinq” mövzusu ilə bağlıdır.

“Korreksiyaedici sinif” filmi əlil arabası ilə hərəkət edən Lena Çexova haqqındadır. O, uzun müddət ev şəraitində təhsil aldıqdan sonra, orta təhsilini davam etdirmək üçün, onun kimi müxtəlif əlilliyi olan uşaqların oxuduğu xüsusi məktəbə təyin edilir. Burada qəhrəmanımız ilk sevgi hisslərini keçirməklə yanaşı, həm də həyatında ilk dəfə ətraf dünyanın qəddarlıqları ilə qarşılaşır…

Film Rus dilində nümayiş olunacaq

11 sentyabr, saat 20:00
ARTIM Layihə Məkanı
(İçərişəhər, Kiçik Qala, 5)
Giriş sərbəstdir

ARTIM haqqında
Təsis olunduğu 2015-ci ildən etibarən ARTIM (yəni “tərəqqi”) azərbaycanlı incəsənət peşəkarlarının və YARAT Rezidentura Proqramından olan beynəlxalqsəviyyəli rəssamların eksperimental təcrübələrini və yeni işlərini nümayiş etdirir. Bakıda İçərişəhərdə yerləşən bu məkanda çoxsaylı kiçikmiqyaslı layihələr nümayiş etdirilməklə yanaşı, yeni ideyalar və əsərlər yaratmaq üçün gənc rəssamların seminarlar və gündəlik studiya təcrübələrinə qatılmasına imkan verən proqram – ARTIM Lab layihəsi təşkil edilmişdir.

İş saatları: Çərşənbə axşamı – Bazar, 12:00 – 20:00
Ətraflı məlumat üçün: www.yarat.az; 0125051414

Bəyən və paylaş

Rəylər

rəy(lər)