4 Noyabr 18:35

YARAT Film Klub: “Mənim qarmonum”

YARAT Müasir İncəsənət Məkanı sizi ARTIM Layihə Məkanında davam edən “Periferik genişlənmə” sərgisi çərçivəsində rejissor Aygün Rəşidovanın “Mənim qarmonum” sənədli filminin nümayişinə dəvət edir.

Film nümayişindən sonra filmin qəhrəmanı canlı olaraq qarmonda ifa edəcək.

7 noyabr, 19:00

ARTIM Layihə Məkanı (İçərişəhər, Kiçik Qala küç., 5)
Giriş sərbəstdir

10 yaşlı Sabirin arzusu var – musiqiçi olmaq. O, məcburi köçkün ailəsində anadan olub. Sabir bütün həyatını Bakı şəhərinin Biləcəri qatar stansiyasının dəmir yollarının arasında yerləşən ailəsinin tikdiyi kiçik bir evdə yaşayıb.
Sabirin akkordeona ehtiyacı var. Valideynlərinin gəlirlərini nəzərə aldıqda isə bu musiqi aləti əlçatmaz görünür. Ürəyi musiqi eşqi ilə döyünən Sabir gələcəyinin necə olacağını təsəvvür edə bilmir. Bu çətinliklərə baxmayaraq hələ də ümid yeri var. Sabir qonşusunun sınıq qarmonu ilə məşq edir, bacarıqlarını artırmağa çalışır.

Filmin müddəti: 19:25 dəq.
Dil: Azərbaycan

Müəllif haqqında: Aygün Rəşidova Bakı Jurnalistika Məktəbini və Bakı Dövlət Universitetini bitirib. O, Azadlıq Radiosunda (Azərbaycan bölməsi) təcrübə proqramını uğurla başa çatdırmışdır və BBC Azəri ilə əməkdaşlıq etmişdir.

ARTIM haqqında
Təsis olunduğu 2015-ci ildən etibarən ARTIM (yəni “tərəqqi”) azərbaycanlı incəsənət peşəkarlarının və YARAT Rezidentura Proqramından olan beynəlxalq səviyyəli rəssamların eksperimental təcrübələrini və yeni işlərini nümayiş etdirir. Bakıda İçərişəhərdə yerləşən bu məkanda çoxsaylı kiçikmiqyaslı layihələr nümayiş etdirilməklə yanaşı, yeni ideyalar və əsərlər yaratmaq üçün gənc rəssamların seminarlar və gündəlik studiya təcrübələrinə qatılmasına imkan verən proqram – ARTIM Lab layihəsi təşkil edilmişdir.

İş rejimi: Çərşənbə axşamı – Bazar, 12:00 – 20:00
Ətraflı məlumat üçün: www.yarat.az; (012)5051414

Bəyən və paylaş

Rəylər

rəy(lər)