27 Avqust 12:05

YARAT Film Klub: “Nəsimi”

Bildiyiniz kimi, YARAT Film Klubu təkcə filmlərin nümayişi ilə kifayətlənmir. Həmçinin klub çərçivəsində kino mütəxəssisləri ilə çoxsaylı seminarlar, mühazirələr və ustad-dərsləri keçirilir.

Beləliklə, sentyabrın 4-də, rejissor Həsən Seyidbəylinin “Nəsimi” tarixi filmini izləyib, XIV və XV əsrlərdə cərəyan edən hadisələrə qərq edəcəyik.

Tədbirimizin xüsusi qonağı Azərbaycanın Xalq artisi Rasim Balayevdir.

Film Azərbaycan xalqının görkəmli şairi və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur.

Film 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı çərçivəsində “Ən yaxşı tarixi film” mükafatına layiq görülmüşdür. Aparıcı rolda çıxış edən aktyor Rasim Balayev isə “Ən yaxşı kişi rolu”mükafatını qazanmışdır.

Tarix: 4 Sentyabr
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Qeydiyyat üçün: 0502469292
Qeydiyyat bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 18:30-dək aparılır

Bəyən və paylaş

Rəylər

rəy(lər)