3 Dekabr 22:54

YARAT Film Klub: “Niyyət” filmi / Samir Kərimoğlu

NİYYƏT (Azərbaycan, Səudiyyə Ərəbistanı, 2009)
Rejissor: Samir Kərimoğlu

YARAT Film Klub sizi növbəti kino tədbirinə dəvət edir.

2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən “Niyyət” adlı filmdə hadisələr iki müxtəlif həyat tərzi keçirən gəncin ətrafında cərəyan edir.

Filmin qəhrəmanlarından biri qumar oynayır, içki içir, gününü boş və mənasız keçirir, o birisi isə əyləncələrdən imtina edərək xoş bir niyyətlə yaşayır. Birinci qəhrəman – “Canik” (Fuad Axundov), şorgöz və fırıldaqçı; bir vaxtlar böyük biri mirasa sahib olan insan, həyatının bir anında öz qeyri-ciddi xasiyyətinə görə hər şeydən məhrum olur. İkinci personaj isə Arifdir (Rövşən Məmmədov), dindar və kasıb, eyni zamanda böyük ürək sahibi olan oyuncaq ustası. Bu iki gəncin həyat yolları toqquşur və sonda hər ikisi düzgün yolla addımlamağa başlayır…

“Niyyət” filmi 2010-cu ildə Qazaxıstanda keçirilən “Şaken ulduzları” festivalında iştirak edib, “İlin filmi” nominasiyasında Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatına layiq görülüb. “Qızıl minbər” VI Beynəlxalq müsəlman kinofestivalının təşkilat komitəsi tərəfindən “Müsəlman kinematoqrafiyasının inkişafına verdiyi töhfəyə görə” nominasiyasında xüsusi mükafatla təltif edilib.

Filmin ssenari müəllifi, Yavər Rzayevdir, Bədii Rəhbəri – Rüstəm İbrahimbəyovdur.

Filmdə baş rollarda Fuad Axundov, Rövşən Məmmədli, Münəvvər Əliyeva, Nahidə Əliyeva və başqaları çəkiliblər.

Film Azərbaycan dilində (ingilis alt yazıları ilə) nümayiş olunacaq.

Tarix: 6 dekabr, 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir.

***

НАМЕРЕНИЕ (Азербайджан, Саудовская Аравия, 2009)
Режиссер: Самир Каримоглы

6-ого декабря в рамках Киноклуба состоится показ фильма режиссера Самира Каримоглы «Намерение».

Фильм молодого и талантливого режиссера Самира Керимоглу «Намерение» рассказывает историю двух, по началу, абсолютно разных по природе, людей. Первый – «Джаник» (Фуад Ахундов), ловелас и аферист; человек, имевший когда то все, на определенном этапе своей жизни остается ни с чем, в силу своего авантюрного характера. Второй – Ариф (Ровшан Мамедов), набожный и бедный человек с чистой душой, зарабатывающий на жизнь, мастеря деревянные игрушки для детей. Однажды на рынке они случайно знакомятся…
Фильм «Намерение» был представлен на фестивале «Звезды Сакена» в Казахстане и удостоен премии “Зирвя”, учрежденной министерством культуры и туризма Азербайджана, в номинации “Фильм года”. Картина получила специальный приз в номинации “За вклад в развитие мусульманского кинематографа” на VI международном фестивале мусульманского кино “Золотой Минбар”.

Автор сценария фильма – Явер Рзаев, художественный руководитель – Рустам Ибрагимбеков. В главных ролях заняты актеры Фуад Ахундов, Ровшан Мамедов, Минавар Алиева, Наида Алиева.

Фильм был снят в 2009 году, по государственному заказу Министерства Культуры и Туризма.

Фильм будет показан на азербайджанском языке с субтитрами на английском языке.

Дата: 6-ого декабря, 2016
Время 19:00
Место: Центр Современного Искусства YARAT
Вход свободный

***

INTENTION (Azerbaijan, Saudi Arabia, 2009)
Directed by Samir Kerimoglu

YARAT Film Club is happy to host a screening of “INTENTION”, 2009 short film by Samir Kerimoglu.

“Intention” tells the story of two young men who come from completely different backgrounds and have very little in common at the beginning.

The first one Janik (played by Fuad Akhundov) is a womanizer and swindler; he used to have it all, but lost his fortune due to his adventurous spirit. The other one Arif (played by Rovshan Mammadov) is a poor and God-fearing man, who earns his living by making wooden toys for children. An accident brings them together in the market.

The film was screened at the “Stars of Saken” Festival in Kazakhstan and received “Zirva” Award from the Ministry of Culture and Tourism in the category “The Best Film of the Year. The film received a special prize at the VI international “Golden Minbar” Muslim Film Festival in the category “special contribution to the development of Muslim cinematography”.

Wiritten by Yavar Rzayev, artistic director – Rustam Ibrahimbekov. Cast: Fuad Akhundov, Rovshan Mammdov, Minaver Aliyeva, Naida Aliyeva.

The film was made in 2009 with the support of the Ministry of Culture and Tourism.

The film will be shown in Azerbaijani with English subtitles.

Date: 6 December
Time: 19:00
Venue: YARAT Contemporary Art Space
Admission is free

Bəyən və paylaş