9 Sentyabr 10:35

YARAT Film Klub: “Onun atası” filmi

“Onun atası” (Azərbaycan, 2015), +13

YARAT Film Klub sizi növbəti kino tədbirinə dəvət edir. 13 sentyabr 2016-cı il tarixində rejissor Zamin Məmmədovun “Onun atası” adlı filmi təqdim olunacaq.

Psixoloji dram janrında lentə alınan “Onun atası” filmi, Qarabağ müharibəsinin cəmiyyətə vurduğu fəsadlardan bəhs edir. Ailə başçısı olan jurnalist vətənini ailəsi qədər üstün tutaraq müharibədə iştirak etməyə qərar verir. Filmin əsas süjeti ilə bağlı olan, döyüşlər zamanı itkin düşən jurnalistin axtarışları zamanı ailəsinin və yaxınlarının keçirdiyi həyəcan və müharibənin cəmiyyətə mənfi təsiri də təsvir edilir.

Filminin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultan, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur. Rollarda Şamil Süleymanlı, Məbud Məhərrəmov, Ülviyyə Rza və b. çəkiliblər.

Zamin Məmmədov 2003-2007-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində kinorejissorluq təhsili alıb. O, müxtəlif yerli telekompaniyalarında rejissor kimi işləyib (2003-2007). Zamin Məmmədov, 2007-ci ildə Bakıda yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kinorejissorluq karyerasına başlayıb. O, 2013-cü ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. Zamin Məmmədov “Psixiatr” (2009, “Debüt” studiyası) və “Onun atası” (2015, “Azərbaycanfilm” kinostudiyası) qısametrajlı bədii filmlərinin quruluşçu rejissorudur. O, həmçinin 15 sənədli filmin rejissoru və ssenari müəllifidir.

Film Azərbaycan dilində nümayiş olunacaq.

Tarix: 13 Sentyabr, 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)