Şənbə, 31 May, 2025

YARAT Film Klub: "Persona", "Yatmış adam", "Nifrət"


  • Dərc edildi: 12 Aprel, 2022 - 10:58
YARAT Film Klub: "Persona", "Yatmış adam", "Nifrət"

YARAT Film Klubu çərçivəsində, 3 ağ-qara filmlər nümayiş edəcəyik. Filmlərin estetikası, Sizi tamamilə başqa bir dövrə aparacaq və zaman duyğusunu təyin edəcək. Burada başlıca diqqəti insan və onun ətrafı, hissləri və emosiyalarına yönəlmişdir.
"Persona" (1966) Rejissor: İnqmar Berqman Müddət: 85 dəq. Dil: İsveç (Azərbaycan subtitrləri ilə) Yaş məhdudiyyəti: 16+ Tarix: 15 aprel, 19:00
Elizabet Foqler tanınmış aktrisadır. O hərtərəfli sağlamdır, lakin bir gün, Elizabet qəflətən susmağa başlayır... Heç kim onunla nə baş verdiyini anlaya bilmir. Elizabet gənc tibb bacısı Almaya həvalə olunur və psixiatr onları birgə dəniz kənarına göndərir. Elizabet daim susur, Alma isə ona öz həyatından müxtəlif hekayələri nəql edir, çox qəribə duruma düşən Elizabeti bu haldan çıxarmağa çalışır...
"Yatmış adam" (1974) Rejissor: Bernar Keyzann Müddət: 77 dəq. Dil: fransız (Azərbaycan subtitrləri ilə) Yaş məhdudiyyəti: 16+ Tarix: 22 aprel, 19:00
Parisdə 25 yaşlı gənc tələbə öz ətraf aləminə biganə yanaşmağa başlayır, sonradan isə son dərəcə yadlaşma və ümidsizlik hissinə qapılır...
"Nifrət" (1995) Rejissor: Matye Kassovits Müddəti: 98 dəq. Dil: fransız (Azərbaycan subtitrləri ilə) Yaş məhdudiyyəti: 18+ Tarix: 6 may, 19:00
Ərəb yeniyetmə Abdelə qarşı polis özbaşınalığı iğtişaşlara səbəb olur... Bu hadisələrdən sonra üç dost, turist marşrutlarından uzaq olan yoxsul məhəllədə revolver tapırlar. Yəhudi gənc, qaradərili boksçu və gənc ərəb vəhşicəsinə intiqam almaq istəyirlər...
Filmlər YARAT Mərkəzində nümayiş olunacaq Qeydiyyatdan keçmək üçün:https://cutt.ly/CFo2wEi COVID pasportun olması mütləqdir
Filmlər CHINGIZ-in "İNSƏN" sərgisinin konsepsiyasını özündə əks etdirir.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 120
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 174
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 94
XVIII Beynəlxalq Ast...