17 Avqust 18:38

YARAT Film Klub: “Qara Bağ” filmi

YARAT Film Klub sizi növbəti kino tədbirinə dəvət edir. 23 avqust 2016-cı il tarixində rejissor Amil Məmiyevin “Qara bağ” adlı filmi təqdim olunacaq.

Qara bağ (Azərbaycan, 2015)

Dram janrında lentə alınan “Qara bağ” filmi “40-ci paraleldə” kinoalmanaxına daxildir. “Qara bağ” dilək ağacına bağlanan “qara düyünlər” mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Film məcburi köçkünlərin hal-hazırkı yaşayış tərzini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edir. Çəkilişlər Bakıda və Hacıqabul rayonunun Qızıl burun qəsəbəsi yaxınlığındakı qaçqın şəhərciyində aparılıb.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Rollarda Vidadi Əliyev, Elxan Abbasov, Rasim Cəfər, Ayşad Məmmədov, Məzahir Həşimov və digərləri çəkiliblər.

Film Azərbaycan dilində nümayiş olunacaq.

Tarix: 23 Avqust
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)