YARAT Film Klub: “Qara dəlik”

Əziz kinosevərlər!
Sentyabrın 26-ı sizə yenilənmiş Film Klubu təqdim edəcəyik!
Payız mövsümündə Sizin üçün xoş və dadlı sürprizlər hazırlamışıq! Bu dəfə izləyəcəyimiz film gənc rejissor Hikmət Rəhimovun “Qara dəlik” filmi olacaq.

“Qara dəlik” (Azərbaycan)
Rejissor: Hikmət Rəhimov
Filmin müddəti: 15 dəq.

Şəfiqə Bakı kənarında yaşayan yoxsul bir ailənin 9 yaşlı qızıdır.
Ata işsizdir, bütün gününü evdə keçirir. Ana orda-burda yüngülvari iş tapır arada. Ər-arvadın münasibətləri gündən-günə kəskinləşir.
Balaca Şəfiqəyə isə fikir verən yoxdur, o valideynlərinin bir-birinə nifrətinə şahid ola-ola böyüməkdədir. Bir gün ata evdəki şüşələri toplayıb Şəfiqəyə verir ki, apar sat və gələndə bir siqaret al.
Ana evə gəlib şüşələri tapmır. Deməli, axşama yemək almağa pul da yoxdur! Bu ananın son səbri olur…

Tarix: 26 sentyabr, saat 19:00
Giriş sərbəstdir

Bir cavab yazın

Back to top button
Close