24 Sentyabr 17:10

YARAT Film Klub: “Yazıq adamlar. Kabakovlar”

“Yazıq adamlar. Kabakovlar” (Rusiya, 2018)
Rejissor: Anton Jelnov
Filmin müddəti: 101 dəq.

Nümayiş bu il öz onilliyini bayram edən “Qaraj” Muzeyi ilə birgə təşkil edilmişdir. “Qaraj” Müasir İncəsənət Muzeyi, İlya və Emiliya Kabakovları uzun illik münasibətlər bağlayır və 2008-ci ildə, “Qaraj”, məhz Kabakovların retrospektiv sərgisi ilə açıldı.
Filmin adı İlya və Emiliya Kabakovların əsərlərinin qəhrəmanlarına, “balaca” adamlara və sovet dövlətində onların dramatik həyat təcrübəsinə istinad edir.

“Yazıq adamlar” filmində İlya Kabakov öz yaradıcılığının başlanğıcından – anasının faciəli taleyindən, onun sonradan dünyagörüşünə və bir rəssam kimi formalaşmasına təsirindən bəhs edir. Həyat yoldaşı və həmmüəllif Emiliya ilə birlikdə o SSRİ-də qeyri-rəsmi incəsənətdən, Moskva konseptualizminin yaranmasından, Avropaya və ABŞ-a mühacirətindən, “30 illik sərgi aclığından” sonra (Sovet İttifaqında Kabakov ictimai sərgilərdən imtina edirdi) onun bütün dünyada tanınmasından danışırlar. Bu gün Kabakovun əsərləri Nyu-York Müasir İncəsənət Muzeyi, Millik Müasir İncəsənət Muzeyi — Corc Pompidu Mərkəzi (Paris) və Künsthalle (Hamburq) daxil olmaqla, dünyanın ən aparıcı muzeylərinin kolleksiyalarına daxildir.

Film rus dilində nümayiş ediləcək

25 sentyabr, saat 19:00
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)