17 Mart 00:08

YARAT Film Klub: Yeni il gecəsində möcüzə

Martın 19-u Bakı Uşaq Kino Məktəbinin şagirdləri tərəfindən çəkilmiş “Yeni il gecəsində möcüzə” qısametrajlı filmini təqdim edəcəyik.

“Yeni il gecəsində möcüzə” filmi – yeni il ərəfəsi Şaxta babanı tapmaq qərarına gələn uşaqların hekayəsidir…Bəzən biz böyüklər uşaqlarımıza fikir vermirik, onları hiss etmirik və onlar haqqında düşünmürük. Unuduruq ki, onların ünsiyyətə və sevgiyə ehtiyacları var. Qəlbimizin dərinliyində biz hamımız balaca uşaqlarıq. Biz nəyisə lap çox, səmimi qəlbdən arzulamağı bacarırıq… və əgər möcüzələrə inansaq, onlar mütləq həyata keçir!

Film Azərbaycan dilində nümayiş olunacaq.

19 mart, 19:00
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)