27 Noyabr 12:15

YARAT Freestyle: Ahmedowsky Trio

“Ahmedowsky Trio” qrupu 2016-ci ildə Babək Ahmedowsky tərəfindən yaradılıb. Trio’nun musiqisi neo fank, ambient / muğam caz sularında üzür.
2017-ci ilin aprelində qrupun Azərbaycan cazının əfsanəsi Vaqif Mustafazadəyə həsr olunmuş “Sketches of Vagif”‘ adlı debüt albomu işıq üzü görmüşdü. Qrup Bakıda keçirilən “I am Jazzman” müsabiqəsinin iştirakçısı olub, həmçinin Bakool Art Festivalın qalibidir. “Ahmedowsky Trio” qrupu 2018-ci ildə ikinci albomunu buraxmaq planlaşdırır və bunu həyata keçirmək üçün “101 Moon Ave” ABŞ səsyazma leyblı ilə müqavilə bağlamışdır.

Babək Ahmedowsky (qrupun rəhbəri) – gitara, sint

Xudayat Əhməd – baraban, perkussiya
Məhəmməd Lətifli – bas, sint

6 dekabr, 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (2-ci mərtəbə, çoxtəyinatlı zal)
Giriş sərbəstdir

Bəyən və paylaş