24 Fevral 14:05

YARAT Freestyle: “Akvarium” / multidistiplinar layihə

“Akvarium” multidistiplinar layihəsi incəsənətin müxtəlif istiqamətləri və ilham mənbəyinin hədsizliyi arasında sərhədlərin olmaması ideyası üzərində qurulub.

Layihənin iştirakçıları – musiqiçilər, ədəbiyyatçılar, rəssamlar və s. bir-birlərinin yaradıcılığından ilhamlanır və xüsusi bir mühit yaradırlar; bu mühitdə, hər kəsin fikirləri və emosiyaları, digərlərinin yaradıcılığını ilhamlandırır və “qidalandırır”.

Layihənin kuratorları yazıçı, bloger, 2015-ci ilin payızında “Əli və Nino” kitab mağazaları şəbəkəsinin versiyasına görə “bestseller” olan “Mən zibiləm” povestinin müəllifi Natella Osmanlı və “Simurq” festivalının müəllifi və rəhbəri, pedaqoq, milli və beynəlxalq müsabiqələrin laureatı, pianoçu Səidə Tağızadədir.

Layihədə məşhur rəssamlar Vüqar Əli və Elmir Hüseynov, eləcə də teatr və kino aktyoru Kamran Ağabalayev iştirak edəcək və onun ifasında 2 qısa hekayə səslənəcək.

Proqramın finalında tamaşaçaları musiqili sürpriz gözləyir!

28 fevral, 20:00
Giriş sərbəstdir

______
В основе мульти-дисциплинарного проекта «Аквариум» лежит идея об отсутствии границ между разными направлениями искусства и безграничности вдохновения.

Участники проекта – музыканты, литераторы, художники – вдохновляются творчеством друг друга и создают особую среду, где мысли и эмоции каждого питают творчество остальных.

Кураторами проекта выступили Нателла Османлы – писательница, блогер, автор ставшего осенью 2015 года бестселлером, по версии сети книжных магазинов “Али и Нино”, сборника «Я – дрянь», и Саида Тагизаде – автор и руководитель фестиваля “Симург”, педагог, лауреат национальных и международных конкурсов, пианистка.

В проекте принимают участие известные художники: Вугар Али и Эльмир Гусейнов, а также актёр театра и кино Кямран Агабалаев, в исполнении которого прозвучат 2 коротких рассказа.

В финале программы зрителей ожидает музыкальный сюрприз!

28 февраля, 20:00
Вход свободный

______
The Aquarium is a multi-disciplinary project, which draws inspiration from the idea there are no boundaries between various art fields and media.

It brings together musicians, writers and artists, who are inspired by each other’s creativity and create a unique universe where everyone’s thoughts and emotions feed the creativity of others.

The Aquarium project will be curated by Natella Osmanli, writer, blogger, author of the “I am a Mean Girl” novel (best-selling book according to “Ali and Nino” bookstore network), and Saida Taghizade, author and director of the Simurg Festival, teacher, winner of various national and international competitions, and pianist.

The project also involves famous artists Vugar Ali and Elmir Huseynov, as well as theater and film actor Kamran Aghabalayev.

A beautiful musical surprise will await the viewers after the show!

February 28, 8 pm
Free admission

Bəyən və paylaş