29 Aprel 19:43

YARAT Freestyle / Beynəlxalq Rəqs Günü

Əziz dostlar,

YARAT sizi mayın 2-i Beynəlxalq Rəqs Günü qeyd etməyə dəvət edir.

Rəqs sənətinin bütün üslublarına həsr olunmuş bu bayram 1982-ci ildə YUNESKO-nun Beynəlxalq Rəqs Şurasının təşəbbüsü ilə qeyd olunmağa başladı.

YARAT-da keçiriləcək təntənəli konsert Azərbaycanın Xalq artisti, “Şərəf” ordenli, xoreoqraf-baletmeyster, canlı korifey Roza Cəlilovanın 90 illiyinə həsr olunub.

Roza xanım Azərbaycan rəqs sənətinin inkişafına dəyərli töhfələr verərək, klassik və folklor sintezi olan məktəb yaratmışdır. Həmçinin o, çoxillik yaradıcılıq fəaliyyəti ərzində, bütün dünyaya ölkəmizin zəngin rəqs mədəniyyətini nümayiş etdirib.

Proqrama dünya xalqlarının rəngarəng rəqsləri daxildir: Latın Amerikası rəqsləri, modern, hip-hop və breyk.

2 may, 19:00
YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)