7 Mart 00:44

YARAT Freestyle: Cavad Cavadzadə

Martın 14-ü Sizi YARAT Müasir İncəsənət Mərkəzində istedadlı kontrabas ifaçısı Cavad Cavadzadə ilə görüşə dəvət edirik.
Cavad Cavadzadə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur, Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti olub və Gürcüstan Dövlət Simfonik Orkestrinin Kontrabas qrupunun konsertmeystridir. Maksim Vengerov, Laurent Petiggirard, Peter Rundel, İqnat Soljenitsın və Ser Neville Marriner kimi dirijorların rəhbərliyi altında çıxış edib.

Cavad Cavadzadə “Georgian Strings” Kamera Orkestrinin heyətində Beyrutda keçirilən 23-cü Əl-Bustan Festivalında iştirak edib. O, Almaniyada Y.M. Şperger adına müsabiqənin laureatı və İtaliyanın Corato şəhərində keçirilmiş 18-ci EUTERPE Beynəlxalq musiqi müsabiqəsinin qalibidir. Sənətçi Rüfət Ramazanov, Xədicə Zeynalova və Dmitri Smirnov kimi müasir bəstəkarların əsərlərinin ilk ifaçısıdır. 2011-ci ildən başlayaraq Adel Cavadzadə (fortepiano) ilə duetdədir. Cavad Cavadzadə həmçinin “Metamorphoses” ansamblının bədii rəhbəridir. Musiqiçi 2017-ci ildə fransız ustası Rişar Gonon tərəfindən yaradılmış alətdə ifa edir.

Yerlərin sayı məhdud olduğundan öncədən qeydiyyatdan keçmək zəruridir.

Qeydiyyat üçün əlaqə: (012) 505 14 14, 0502469292
! Qeydiyyat bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 18:30-dək aparılır

14 Mart, saat 19:00
YARAT Müasir İncəsənət Mərkəzi

Bəyən və paylaş

Rəylər

rəy(lər)