29 İyul 12:24

YARAT Freestyle: Caz axşamı

YARAT Freestyle layihəsi çərçivəsində XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində pianoçu Seymur Əliyevin rəhbərliyi ilə “Caz axşamı” adlı konsert keçiriləcək. Konsert zamanı qabaqcıl yerli caz musiqiçilərinin ifasında sehrli caz musiqisi səslənəcək. Konsertdən əvvəl tədbir qonaqları dahi Azərbaycan sənətkarı Əşrəf Muradın “Sevgi və etiraz” adlı retrospektiv sərgisi ilə tanış ola biləcəklər.

İştirakçılar:
Seymur Əliyev (piano)

Səlim Rzayev (zərb alətləri)
Rauf Sultanov (bas-gitara)

Seymur Əliyev Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin və Turku Musiqi və Rəqs Konservatoriyasının (Finlandiya) məzunudur. Musiqiçi həm yerli, həm də xarici caz ifaçıları ilə birgə çıxış edir. O, bir çox beynəlxalq və yerli festivallarının iştirakçısıdır.

Səlim Rzayev 1959-cu ildə doğulub. 1989-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 2012-2014-cü illərdə Bakı Caz Festivalında iştirak edib. Rauf Sultanov Rafiq Babayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Televiziya və Radio Estrada-Simfonik Orkestrinin və orkestr nəzdində “Cəngi” caz qrupunda fəaliyyət göstərib. Eldar Rzaquluzadənin rəhbərlik etdiyi “Sindikat” qrupunun üzvüdür. Bir sıra festivalların iştirakçısıdır, o cümlədən: Novosibirsk İnternational Jazz Festival (Rusiya, 1998), Caspian Jazz and Blues (Bakı, 2002), Baku Jazz Festival (Azərbaycan, 2004-2007).

2 avqust, 19:30
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (YARAT Mərkəzinin yanı)
Giriş sərbəstdir
Əlaqə nömrələri: +99412 505 7718; +99450 251 41 15

Bəyən və paylaş

Rəylər

rəy(lər)