6 Aprel 10:28

YARAT #FreeStyle: Dance & Choreography Workshop

Yoxan Hekmanla Rəqs və Xoreoqrafiya Praktiki Məşgələ.

Peşəkar və həvəskar rəqs ifaçıları və sənətçilər üçün.
Bakı/Azərbaycan, 19-23 Aprel 2016-cı il

19 Aprel – saat 11:00-dan 15:00-dək
20-22 Aprel – saat 18:00-dan 22:00-dək
23 Aprel – saat 11:00-dan 15:00-dək

MÜASİR RƏQS təlimi
Alman xoreoqraf Yoxan Hekmanın (Jochen Heckmann) müasir rəqs təlimi bir neçə ənənəvi Modern Rəqs üslubunun düzgün nisbətdə qarışığı kimi təşkil olunmuşdur. Dərs əsnasında Limon/Hemfri stili (Limon/Humphrey Technique), mütərəqqi Reliz hərəkətləri (Release Technique), Qrem elementləri (Graham Technique), Kanninqhəm təliminin (Cunningham Technique) məkan təmayüllü ardıcıl rəqs hərəkətləri və düşüncələri kimi müasir rəqs texnikalarına müraciət olunur.
Yuxarıda sadalanan rəqs elementlərini bir araya gətirmək üçün ifaçıdan güclü məkan hissi, dinamika və ritm hazırlığı tələb olunur.

XOREOQRAFİYA – praktiki məşğələ
Dinamik məkanlar.
Məkanı mütləq fəth etmək lazımdır, axı hətta havanın özü belə müqavimət göstərir və rəqs ifaçısının bədəni ona qalib gəlməlidir.
Beş gün davam edən (gündə 3-4 saat) bu proqramın ortaya qoyduğu əsas sual belədir:
“Rəqs ifaçısının bədəni və xoreoqrafiyası onu əhatə edən məkanla nə dərəcədə sıx əlaqədə olur/olmalıdır?”
Xoreoqraf tərəfindən müəyyən edilən sahə nə boyda olmalıdır? Tələb olunan səhnə tərtibatı, işıq və digər əlavə vasitələri, bəlkə də, heç olmadan belə, yalnız rəqs ifaçılarını cəlb etməklə xoreoqraf necə bir tamaşa məkanı yarada bilər?
Bu gün məkan və dinamika mövzuları xüsusilə müasir rəqslərin və rəqs tamaşalarının ən önəmli və fundamental alətləridir. Yaxşı hazırlıqlı xoreoqraf bu alətlərdən baş çıxarmağı və onları tətbiq etməyi bacarmalıdır.
Hərəkətlərin dinamika müxtəlifliyi məkana necə təsir göstərir? Bu müxtəliflik, görəsən, rəqqasın daxilən və zahirən özünü yaradıcılıq proseslərinin tərkibində hiss etməsini nə dərəcədə artırır? Bəs xoreoqraf olan şəxs quruluş prosesinə nə qədər bilik, ifaçıları hazırlamaq və dəstəkləmək üçün nə qədər zəhmət sərf etməlidir? Rəqsə kənardan yönəlmiş effektlər tamaşaçıya və ələlxüsus həmin rəqsə quruluş verən şəxsin verdiyi qərarlarına nə dərəcədə təsir edir?
Xoreoqraflar balaca etüdlər formasında qısa-qısa tapşırıqlar alacaqlar; onlara müəyyən ifaçılarla (və iştirak edən digər xoreoqraflarla) çalışaraq, özlərini rəqs quruluşçusu kimi sınamaq imkanı veriləcək; onlar hansı alət və metodlar vasitəsilə hansı effektlərə nail ola biləcəklərini öyrənəcəklər.
Hər məşğələdən sonra iştirakçılar onun nəticələrini konstruktiv və işgüzar şəraitdə təhlil edəcəklər. Yoxan Hekmanın rəhbərliyi altında keçirilən bu müzakirələrdə hər kəs öz fikrini paylaşa bilər.

Təşkilatçı: South Caucasus Contemporary Dance and Experimental Art Festival in Tbilisi
Yoxen Hekman haqqında: http://www.choreoart.net/startseite/english/

QEYDİYYƏT:
Öz haqqınızda qısa məlumat yazaraq “DANCE” qeydi ilə [email protected] ünvanına göndərin.
Müraciətlər 14 aprel 2016-cı il tarixinə qədər qəbul olunur!!!

Bəyən və paylaş

Rəylər

rəy(lər)