7 Yanvar 12:05

YARAT Freestyle: “East or West” musiqi qrupu

YARAT Sizi yanvarın 11-i keçiriləcək East or West musiqi qrupu konsertinə dəvət edir.

East or West musiqi qrupu 2011-ci ildən fəaliyyət göstərir. Qrupun məqsədi milli alətlərimizi (tar, kamança, qarmon) Qərb musiqi standartlarında ifa etməklə həm gənclərimizin milli alətlərə marağını artırmaq və eyni zamanda onları ölkə xaricində təbliğ etməkdir.
Kollektiv fəaliyyəti dövründə bir sıra mühüm konsert və festivallarda iştirak etmişdir, o cümlədən: 2012-ci ildə Türkiyənin Yalova şəhərində keçirilən ənənəvi “Uluslararası halk dansları ve müzik” festivalı. Qrup “Altın Karanfil” mükafatına və ölkəmizdə “İlin Ən Sevilən Yaradıcı Musiqi Qrupu” nominasiyası üzrə “Odlar Yurdu Milli Mükafatı”-na layiq görülüb.

11 yanvar, saat 19:00
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)