27 İyun 15:59

YARAT Freestyle: Macar xalq musiqisi

İyunun 30-u sizi Macarıstanın Vişeqrad qrupunda (V4) sədrliyinin başa çatması münasibətilə macar xalq musiqisi konsertinə dəvət edirik. Tədbir Macarıstanın Azərbaycandakı Səfirliyi və YARAT Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunur.
Konsertdən əvvəl qonaqlar macar xalq rəqslərinin əsaslarını öyrənmək üçün peşəkarlar tərəfindən keçiriləcək dərslərdə iştirak etmək imkanı qazanacaqlar.

Xalq sənətinin gənc ustaları Hajdara Tamaş və Hajdara-Herceg Hajnalka macar rəqsləri ilə çıxış edəcək. Rəqqasları Magos orkestri müşayiət edəcək.

30 iyun, saat 17:30
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)