17 May 13:10

YARAT Freestyle / Milli mantra

Mantra sanskrit dilində ürəyin (qəlbin) sözü deməkdir. Bu konsertdə ifa olunan mantralar Budda, Oşo, Şri Şri Ravi Şankar kimi müdriklərin bilikləri üzərində bəstələnib. Bu musiqilər sizə rahatlıq, müsbət enerji və yüngüllük bəxş edəcək və eyni zamanda sizi öz mənbənizə doğru aparacaq. Varqan, tar, oxuyan kasa, qarabağ kamanı və digər etnik musiqi alətləri isə bu ahəngə xüsusi bir zövq qatacaq. Dinləyəcəyiniz əsərlərin əksəriyyəti ilk dəfə ifa olunacaq və xüsusi olaraq bu konsertdə sizi canlı musiqi ilə meditasiya da gözləyir.

Yoqaddin öz musiqi yolunu klassik üslubda skripka ifaçısı kimi başlamış, sonralar isə caz və digər janrlarda da özünü sınamışdır. Onun musiqiçi dostları Elvin İsmayıllı, Bəhram Mürsəliyev və Samir Fərəcov ruhsal musiqi ifa edirlər.

24 may, 19:00

YARAT Mərkəzi
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)