YARAT Freestyle: Moms & Kids / tamaşa premyerası

Yanvarın 28-i, YARAT Müasir İncəsənət Mərkəzində, ingilis dramaturqu Vilyam Şekspirin “Romeo və Cülyetta”, “Otello” və “Hamlet” adlı məşhur əsərləri əsasında hazırlanmış tamaşasının premyerası baş tutacaq.

Baş rollarda “Moms & Kids” təşkilatı nəzdində fəaliyyət göstərən, Rus Dram Teatrının aparıcı aktrisası İnna İmranovanın rəhbərlik etdiyi Uşaq Teatr Studiyasının şagirdləri çıxış edirlər.

Moms & Kids təşkilatının (rəhbərlər: Fidan Xanlarova və Şirin Rzayeva) Uşaq Teatr Studiyası artıq 5 ildir ki, fəaliyyət göstərir. Bu dövr ərzində studiya “Notre-Dame de Paris”, “Üç muşketyor”, “Pinokkio”, “Əlibaba və 40 quldur” tamaşaları, həmçinin “Qaynana”, “İvan Vasilyeviç peşəsini dəyişdirir” məşhur film əsasında hazırlanmış quruluşları Bakının aparıcı teatr səhnələrində təqdim etmişdir.

Tamaşa rus dilində nümayiş olunacaq

28 yanvar, 19:00
Giriş sərbəstdir
YARAT Mərkəzi

Bir cavab yazın

Back to top button