15 Aprel 15:40

YARAT Freestyle: Musiqinin sehri

YARAT Müsir İncəsənət Məkanı YARAT Freestyle layihəsi çərçivəsində XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində yeni musiqi tədbirini təqdim edir. “Musiqinin sehri” adlı konsert proqramı əhvalınıza sehrli ovqat qatacaqdır. Tədbirdə bəstəkar, beynəlxalq müsabiqələr laureatı Lalə Cəfərovanın əsərləri müxtəlif musiqi alətlərində (saksofon, tar, fleyta, tar, fortepiano, truba, zərb alətləri) səslənəcəkdir. Konsertdən əvvəl tədbirə gələn qonaqlar XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində yeni açılmış Azərbaycanın görkəmli rəsamlarından biri olan Əşrəf Muradın “Sevgi və etiraz” adlı retrospektiv sərgisi ilə də tanış ola biləcəklər.

İştirakçılar:
1) Lalə Cəfərova – müəllif (Bəstəkar, beynəlxalq müsabiqələrin laureatı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent)
2) Şeyda Ələsgərova – fleyta (Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına estrada-simfonik orkestrinin artisti)
3) İradə Musayeva – saksofon (Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına estrada-simfonik orkestrinin artisti)

4) İbrahim Babayev – tar (Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına Çalğı Alətləri Orkestrinin artisti, Respublika və Beynəlxalq müsabiqələrin laureatı)
5) Turanə İsayeva – truba (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin artisti)
6) Camal Bayramlı – saksofon (Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin artisti)
7) Akif Rəhimov – zərb alətləri (Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestrinin artisti)

19 aprel, 19:00
Giriş sərbəstdir
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
YARAT Mərkəzinin yanı
Əlaqə nömrəsi : +99412 505 7718; +99450 251 4115

Bəyən və paylaş

Rəylər

rəy(lər)