30 Aprel 18:24

YARAT FreeStyle: Open Dance Classes

YARAT Müasir İncəsənət Mərkəzi və BUTA Dance School Baku müxtəlif rəqs növlərinin ritmlərində qaynayıb-qarışmaq və öz vücudunda yeni imkanlar kəşf etmək arzusunda olan hər kəsi dərslər seriyasına dəvət edir.

BUTA studiyasının peşəkar rəqqasları və müəllimləri Sizin üçün həyəcanlandırıcı rəqs ab-havası yaratmağa və Argentine Tango, Breaking, Salsa, Bachata, Zumba, Latin Dance kimi istiqamətlərdə ilk addımları atmağınıza yardım etməyə hazırdırlar.

Dərslər seriyası PULSUZ keçiriləcəkdir!

Yerlərin sayı məhduddur, tələsin!
Siz həm bir, həm də eyni zamanda bir neçə dərsə yazıla bilərsiniz!
[email protected] ünvanına göndərdiyiniz e-maildə tam adınızı, yaşınızı, boyunuzu və yazılmaq istədiyiniz sinfin adını göstərin.
Yaş məhdudiyyəti: +17
Mühümdür: Ərizələr mayın 5-nə kimi qəbul edilir!

Şənbə, 7 may 2016-cı il tarixinə cədvəl:

12.00 Latin Dance – İlham Osmanov
13.00 Zumba – Nərgiz Osmanova
14.00 Salsa – Aydın Qasımzadə
15.00 Bachata – Aydın Qasımzadə
16.00 Argentine Tango – İlham Osmanov
17.00 Breaking – Cavid Aslanov və Fərman Lazımov

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, 2-ci mərtəbə, çoxtəyinatlı zal
Ünvan: Bakı, Səbail r-nu, Bayıl qəsəbəsi (Dövlət Bayrağı Meydanın yaxınlığı)
Əlaqə telefonu: +99412 505 1414

YARAT-a 5, 6 və 88 saylı avtobus marşrutları ilə gəlmək olar, “Səbail meydanı” dayanacağı.

Özünüzlə bir şüşə su, rahat ayaqqabı və yaxşı əhval-ruhiyyə götürün!

Bəyən və paylaş

Rəylər

rəy(lər)