YARAT Freestyle: “Qulluqçular”

“Qulluqçular”

Janr: Absurd
Tamaşanın müddəti: 1 saat
Dil: Rus
Yaş məhdudiyyəti: 18 +

Noyabrın 28-i, siz, Jan Jenenin məşhur “Qulluqçu” pyesi əsasında Raulə Turkkanın quruluşunda tamaşanı seyr etmək imkanı əldə edəcəksiniz.

Qulluqçular – Solanj və Kler bacıları öz acı talelərinin öhdəsindən gəlməyə çalışırlar. Onlar, öz sahibələrinə qulluq etməkdən yorulublar və həyatlarının qalan hissəsini mətbəxdə keçirmək istəmirlər. Bacılar təkcə öz işlərinə, sahibləri “Madam”a deyil, həm də bir-birlərinə nifrət edirlər. Öz talelərinə nifrət edən qulluqçular, “Madam”ı və ya bir-birlərini “oynamaqla”, bu oyunda öz talelərinin öhdəsindən gəlməyə çalışırlar. Onlar kimi istəsən oynamağa hazırdırlar, bircə özləri olmasın!

Yaradıcı heyət:
Quruluşçu-rejissor, xoreoqrafiya, musiqi tərtibatı – Raulə Turkkan;
Rəssam-dekorator – Viktoriya Lerman;
İşıq üzrə rəssam – Kərim Əsgərov;
Kostyumlar üzrə rəssam – Olqa Abbasova (Azərbaycanın Əməkdar mədəniyyət işçisi);
Səs rejissoru – Nəzrin Məcidova;
Rejissor köməkçisi – Lana Afonina

Aktyorlar:
Madam – Olqa Arsentyeva
Solanj – Milana Sokolenko
Kler – İnna İmranova
Kölgələr – Nigar Ramazanova (Azərbaycanın Əməkdar artisti), Aysel Verşuren

28 noyabr, 19:00
YARAT Mərkəzi

Bir cavab yazın

Back to top button