30 Oktyabr 13:13

YARAT Freestyle: “Səmt” və “Start” qrupları

Dostlar!
Noyabrın 2-i sizləri musiqili sürpriz gözləyir. YARAT Müasir İncəsənət Mərkəzində Sumqayıt şəhər “Dostluq” Mədəniyyət Evinin “Səmt” və “Start” estrada-musiqi qruplarının çıxışı olacaq.

Uşaqlardan ibarət “Start” qrupu 2016-cı ildə təsis olunub və müxtəlif musiqi alətlərlərində ifa edən 11 iştirakçıdan ibarətdir. Qrup Bakıda Caz Festivalında, Muğam Mərkəzində, Avrasiya Xalqları Assambleyası Günlərinin açılışında, həmçinin Bakı və Sumqayıtda müxtəlif məkanlarda çıxış ediblər.

9 iştirakçıdan ibarət “Səmt” estrada qrupu 2010-cu ildə təsis olunmuşdu və artıq bir çox tədbirlərdə çıxış etmişlər.
Hər iki qrupun rəhbəri bəstəkar və musiqiçi Vadim Cavadovdur.

Proqramda, filmlərdən sevimli və tanınan melodiyalar, Azərbaycan, rus və digər dillərdəki populyar mahnılar, müəllif kompozisiyaları daxildir.

Tədbir Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilir.

2 noyabr, 19:00
YARAT Mərkəzi
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)