10 Dekabr 15:25

YARAT Freestyle / Tanqo Günü

11 dekabr 1977-ci ildən başlayaraq, hər il, argentinalı müğənni və kinoaktyor, məşhur “Tanqo kralı” Karlos Qardelin doğum gününə təsadüf edən Beynəlxalq Tanqo Günü qeyd edilir.

Argentina tanqosu – XIX əsrin sonlarında Buenos-Ayresin kasıb kvartallarında yaranan, XX əsrin 30-cu illərinə qədər isə bütün dünyaya yayılan rəqsdir. Tanqo bu gün də öz aktuallığını itirmir, bununla belə, öz əsrlik ənənələrini ciddi qoruyub saxlayır. Bu gün bu rəqs, təkcə Argentina rəqsi sayılmır. 1 oktyabr 2009-cu ildə, Argentina tanqosu YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Tanqo – təkcə rəqs yox, həm də insanlar arasında münasibətlərin fəlsəfəsi, rəqs edənlər ilə musiqi arasında emosional bağlantıdır.
Tanqo, XX əsrin 20-30-cu illərində müəyyən edilmiş və bu günə qədər riayət edilən, qarşılıqlı hörmət və musiqi müşayiəti – Kodiqos qaydalarına əsaslanan, rəqs meydançasından xüsusi norma və tələblərə malik olan demək olar ki, yeganə rəqsdir.

YARAT Müasir İncəsənət Mərkəzi və E.L. CLUB de TANGO sizi Beynəlxalq Tanqo Gününü birlikdə qeyd etməyə, tanqonun tarixi haqqında daha çox şey öyrənməyə, musiqi və rəqsdən həzz almağa və əlbəttə ki, rəqslərdə iştirak etməyə dəvət edir.

Əminik ki, tanqo, nə vaxtsa bizim ürəklərimizi fəth etdiyi kimi, sizin də qəlblərinizi fəth edəcək!
Biz ən gözəl məqamları sizinlə bölüşmək istəyirik!

11 dekabr, 19:00
YARAT mərkəzi
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)