24 Noyabr 14:48

YARAT FreeStyle

Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.

YARAT Freestyle təklif edir:
– səhnə, səs avadanlığı və proyektorla təchiz olunmuş gen-bol bir məkan;

– audio-vizual texniki dəstək;
– layihənizin “piar” təbliğatı;
– yeni seyrçi auditoriyası və peşəkar baxış.

YARAT FreeStyle tədbirləri pulsuzdur və bütün ziyarətçilərin üzünə açıqdır.

Lütfən nəzərinizdə olsun (!): iştirakçılara heç bir maliyyə vəsaiti verilmir.
YARAT, çoxtəyinatlı zalımızdakı avadanlıqdan başqa, heç bir əlavə avadanlıqla iştirakçıları təmin etmir. İştirakçılar öz ehtiyaclarına görə səhnə rekviziti, kostyum və dekorasiyaların xərcini özləri çəkməlidir.

Zəhmət olmasa öz layihələri [email protected] yollayın.
Məktubun mövzusu: Yarat FreeStyle

Bəyən və paylaş

Rəylər

rəy(lər)