24 Noyabr 12:20

“YARAT” Müasir İncəsənət Mərkəzində ustad dərsləri keçiriləcək

FREESTYLE: Emin Eminzadə – Təlim & Canlı Konsert

Dekabrın 8-də YARAT Müasir İncəsənət Mərkəzində gənc vokalçı Emin Eminzadə tərəfindən Pop&Jazz vokal janrının təbliğinə həsr olunmuş ustad dərsi keçiriləcək və onun rəhbərlik etdiyi caz qrupunun canlı konserti olacaq.

18:00-19:00 – Pop&Jazz vokal ustad dərsi

19:00-20:00 – Emin Eminzadə – Canlı konsert

*ustad dərsində iştirak etmək üçün [email protected] ünvanına məktub göndərin.

Layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

Emin Eminzadə – beynəlxalq müsabiqələr və festivallar qalibidir. O, hələ gənc yaşlarından məşhur İtalyan tenoru Robertino Loretti ilə birgə əməkdaşlığından sonra böyük tamaşaçı rəğbəti qazanmışdır. Robertino Loretti Eminin istedadını yüksək qiymətləndirərək, onu “Azərbaycanın Robertinosu” adlandırmışdır. Eminin debüt mahnısı “Bubble Dreams”, Avropa və ABŞ-da böyük marağa səbəb olub və bir neçə məşhur xarici radiolarda səslənib. Kompozisiyanın aranjemanı Yanq Bek, Devid Faustino, Snup Doq, Bruno MARS və s. dünya ulduzları ilə əməkdaşlıq edən, Nyu-Yorkda yerləşən məşhur “Cinema Production” şirkətinə məxsusdur. “Bubble Dreams” həmçinin dünyada məşhur olan “VEVO” onlayn video kanalında, “iTunes” və “Amazon Online” onlayn-mağazalarında yerləşdirilib. Gənc ifaçı Emin Eminzadə, müxtəlif ölkələrdə Azərbaycan mədəniyyətini layiqincə təmsil etdiyinə və qazandığı çoxsaylı uğurlarına görə Prezident təqaüdünə layiq görülüb və adı “Gənc istedadların Qızıl Kitabı”na daxil edilib.

Emin Eminzadə ustad dərsi zamanı iştrakçılara – Avropa və ABŞ-dan peşəkar musiqi seminarları və tədbirləri zamanı əldə etdiyi təcrübə və biliklərini bölüşəcək. Ustad dərsində iştirak etmək üçün peşəkar ifaçı olmaq vacib deyil. Özünə və səs imkanlarına güvənən bütün həvəskar ifaçılar təlim prosesinə qatıla bilərlər.

Tədbirin əsas mahiyyəti özlərini Pop&Jazz&Soul janrında yeni sınayan şagird və həvəskar ifaçılara motivasiya verməkdir.

Ustad dərsinin mövzuları:
1. Nəfəs ilə səlis işləmək üçün məşqlər
2. Səs telləri üçün düzgün və lazımlı məşqlər
3. İfaçılara düzgün mahnı seçimi barədə məsləhətlər
4. İngilis dilində olan mahnı sözlərinin monoloq formasında çıxışı
5. İfaçılıq qaydaları, səhnə hərəkəti ilə vokal əlaqələri

Tarix: 8 dekabr 2016
18:00-19:00 – Pop&Jazz vokal ustad dərsi (*əvvəlcədən qeydiyyat)
19:00-20:00 – Emin Eminzadə – Canlı konsert

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Bayıl qəs., Dövlət Bayrağı Meydanının yaxınlığı)

Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)