21 Oktyabr 13:50

YARAT Müzakirələri: Ceyhun İmanov / Fikrini Bizimlə Paylaş

YARAT Müasir İncəsənət Mərkəzi öz daimi kolleksiyası və mövcud sərgiləri haqqında rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və ictimai xadimlər ilə müzakirələr silsiləsi üçün platforma təqdim edir.

Biz görkəmli xadimlərdən müasir incəsənət və bizim kolleksiyadan olan seçilmiş işlər barədə öz fikirlərini bölüşməyi, eləcə də, tədbir iştirakçıları ilə dialoq aparmağı xahiş edəcəyik.

Sizi 23 oktyabr 2015-ci il tarixində keçiriləcək müzakirələrdə iştirak etməyə və söhbətə qoşulmağa dəvət edirik. Növbəti görüş dizayn və brendinq üzrə mütəxəssis, sahibkar, “Jeykhun Imanov Studio”nun təsisçisi və kreativ direktoru – Ceyhun İmanovla olacaq.

Reklam vasitələri, veb və qrafik dizayn üzrə 1000-dən çox layihənin yaradıcısı, müxtəlif müsabiqələrdə münsiflər heyətinin üzvü, marketinq, brendinq və dizayn mövzusunda çoxsaylı maraqlı çıxışların müəllifi olan Ceyhun İmanov YARAT Müasir İncəsənət Mərkəzinin “Tarix yazılarkən” kolleksiyasında nümayiş olunan rəssam Orxan Hüseynovun “Coğrafiya dərsi: Ev tapşırığı” əsəri barədə öz fikirlərini və təəssüratlarını bölüşəcəkdir.

Siz cümə günü unudulmaz axşam keçirərək, müasir incəsənət barədə fikirlərinizi əminliklə ifadə etməyi öyrənəcəksiniz.

Söhbət Azərbaycan dilində aparılacaqdır.

Giriş sərbəstdir

Saat: 19:00

Ünvan: Yarat Centre

Sabail district, E119 Highway, AZ1003
Bəyən və paylaş

Rəylər

rəy(lər)