YARAT Müzakirələri: Murad Hüseynov

YARAT Müasir İncəsənət Mərkəzinin həftədə bir dəfə keçirdiyi müzakirələr silsiləsində söhbət Mərkəzin daimi kolleksiyası və hazırda nümayiş etdirilən sərgiləri ətrafında aparılacaq. Bu fikir mübadiləsi meydançasında rəssam, yazıçı, musiqiçi, tədqiqatçı, sahibkar və s. peşəkarlar çıxış edəcəklər.

Məşhurlara müraciət edəcəyik ki, onlar müasir incəsənət və konkret olaraq kolleksiyamızın ayrı-ayrı əsərləri haqqında nə fikirdə olduqlarını bölüşsünlər və tədbirə toplaşmış auditoriyanı açıq söhbətə cəlb etsinlər.

Sizi belə müzakirələrin iştirakçısı olmağa və Azərbaycanın Xalq artisti, musiqiçi Murad Hüseynovun iştirakı ilə 15 yanvar 2016-cı il tarixində keçiriləcək tədbirə qatılmağa dəvət edirik.

Beynəlxalq müsabiqələr laureatı Murad Hüseynov Bakı Musiqi Akademiyası, Fransa Dövlət Konservatoriyası və P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunudur. Bakı Musiqi Akademiyasının dosenti və Beynəlxalq Muğam Mərkəzinin direktorudur.

15 yanvar, 2016
saat 19:00-da
YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı meydanı yaxınlığında)
Giriş sərbəstdir

Bir cavab yazın

Back to top button