23 Noyabr 08:37

YARAT Müzakirələri: Nigar Köçərli

YARAT Müasir Mərkəzi öz daimi kolleksiyası və mövcud sərgilərini müzakirə etmək üçün yeni platforma təqdim edir. Hər həftə keçiriləcək tədbirlər silsiləsində məşhur rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və digər mütəxəssislər ilə görüşlər təşkil olunacaq.

Müasir incəsənət haqqında öz fikirlərini bölüşmək, habelə tədbir iştirakçıları ilə müzakirələr aparmaq məqsədilə biz tanınmış simalara müraciət edəcəyik.

Sizi belə müzakirələrin iştirakçısı olmağa və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərlinin iştirakı ilə 27 noyabr 2015-ci il tarixində keçiriləcək tədbirə qatılmağa dəvət edirik.

Beləliklə, həftənin cümə günü sizi unudulmaz bir gecə gözləyir. Tədbir müasir incəsənət haqqında öz münasibətinizi əminliklə ifadə etməyi öyrənməyə kömək edəcək.

Nigar Köçərli “Əli və Nino” kitab mağazaları ilə eyniadlı kafenin sahibəsi, Azərbaycan Milli Kitab Mükafatının təsisçisidir.
Nigar Köçərli Bakı Dövlət Universitetini bitirdikdən sonra bir neçə şirkətdə işləyib, o cümlədən 2001-ci ildə BMT-nin nəzdində olan bir qurumda çalışıb. Elə həmin il o, sahibkarlıq fəaliyyətinə qədəm qoyaraq, “Əli və Nino” kitab mağazaları açmışdı. Möhtəşəm bir romanın adını daşıyan bu mağazalar indinin özündə də Azərbaycanın ən məşhur kitab mağazalarından sayılır. Kitab mağazalarını təsis etdikdən az sonra isə o, Azərbaycan Milli Kitab Mükafatını da təsis etmişdir. Mükafatın hədəfi müasir Azərbaycan ədəbiyyatını inkişaf etdirməkdir.

Tarix: 27 noyabr 2015-ci il
Vaxt: 19:00
Yer: YARAT Müasir İncəsənət Mərkəzi, Dövlət Bayrağı Meydanının yaxınlığı
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)