18 Aprel 18:59

YARAT Müzakirələri: Yana Nikitina

Fikrini bizimlə paylaş
YARAT Mərkəzi öz daimi kolleksiyası və mövcud sərgilərini müzakirə etmək üçün yeni platforma təqdim edir. Hər həftə keçiriləcək tədbirlər silsiləsində məşhur rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və digər mütəxəssislər ilə görüşlər təşkil olunacaq.

Müasir incəsənət haqqında öz fikirlərini bölüşmək, habelə tədbir iştirakçıları ilə müzakirələr aparmaq məqsədilə biz tanınmış simalara müraciət edəcəyik.

Sizi belə müzakirələrin iştirakçısı olmağa və aktrisa və teleaparıcı Yana Nikitinanın iştirakı ilə 22 aprel 2016-cı il tarixində keçiriləcək tədbirə qatılmağa dəvət edirik.

Yana Nikitina Bakı Slavyan Universitetini filoloq ixtisası üzrə bitirib. Teatr və televiziyada işləyib. “Bakılı oğlanlar” ŞHK-un heyətində ölkəmizdə və xaricdə dəfələrlə çıxış edərək məşhurlaşmışdır. 1995-ci il Yay kubokunun sahibidir, XX əsrin “Ən yaxşı 10 komanda” turnirinin qalibidir. Yana Nikitina 6 bədii film və 2 teleserialda çəkilib, o cümlədən: “Milli Bomba”, “Qraf Krestovski”, “Əlvida, cənub şəhəri”, “Bir kəndin sevinci”, “Qorxma, mən səninləyəm! 1919”. Bir neçə tamaşalarda iştirak edib: “Salam, mən sizin dayınızam”, “VI Kin”, “Nonsens”, “Titanik” və b. Rejissor Yuli Qusmanın “Qorxma, mən səninləyəm! 1919” filminin kastinq meneceri və 2-ci rejissoru olub. Hal-hazırda Rusiya serial və bədii filmlərində kastinq meneceri və 2-ci rejissor vəzifələrində çalışır.

Tarix: 22 aprel 2016-cı il
Vaxtı: 19:00
Yer: YARAT Müasir İncəsənət Mərkəzi, Dövlət Bayrağı Meydanının yaxınlığı
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)