YARAT Müzakirələri: Zara Apertei Hüseynova

YARAT Mərkəzi öz daimi kolleksiyası və mövcud sərgilərini müzakirə etmək üçün yeni platforma təqdim edir. Hər həftə keçiriləcək tədbirlər silsiləsində məşhur rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və digər mütəxəssislər ilə görüşlər təşkil olunacaq.

Müasir incəsənət haqqında öz fikirlərini bölüşmək, habelə tədbir iştirakçıları ilə müzakirələr aparmaq məqsədilə biz tanınmış simalara müraciət edəcəyik.

Sizi belə müzakirələrin iştirakçısı olmağa və sahibkar qadın Zara Apertei Hüseynovanın iştirakı ilə 29 yanvar 2016-cı il tarixində keçiriləcək tədbirə qatılmağa dəvət edirik.

Zara Apertei Hüseynova – qadınların peşəkar və şəxsiyyət kimi inkişafına xidmət edən platformanın və bundan əlavə, toy-bayram geyimləri üzrə ixtisaslaşan ALZA adlı butikin təsisçisi və rəhbəridir.
Məktəbi bitirib Atlanta şəhərində Corciya Ştatı Universitetinin menecment fakültəsinə daxil olan kimi (qəhrəmanımız Azərbaycan Dövlət Neft Akademiyasının tərəfdaşlığı ilə hazırlanmış proqram üzrə orada təhsil alıb), Zara Hüseynova dərhal dünyanın ən böyük tələbə təşkilatı olan AIESEC-nin yerli nümayəndəliyinə başçılıq etdi.
WOWOMAN onlayn platforması qadınların peşəkar və şəxsiyyət kimi inkişafına xidmət edən bir məkan yaratdı, xanımlara öz xəyallarını gerçəkləşdirmək imkanı bəxş etdi.
18 yaşında olarkən Zara Hüseynova, demək olar ki, heç bir start kapitalı və kənardan dəstəyi olmadan, özünün ALZA butikini təsis etdi. Məharətli idarəçilik sayəsində bu gün həmin mağazanın artıq şəhərin mərkəzində yerləşən böyük bir sərgi salonu da vardır.
Sahibkarlıq fəaliyyətindən əlavə, son 5 ildə Zara Hüseynova həmçinin treninqlər keçirməklə məşğuldur, yerli və beynəlxalq konfransların fasilitatoru (bələdçi, istiqamət verən) və aparıcısı qismində çıxış edir. O, həmçinin ABŞ Dövlət Departamentinin tələbə mübadiləsi proqramının məzunudur: bu proqram çərçivəsində Zara Hüseynova Massaçusets Universitetində (Amherst şəhərində) İctimai Siyasət və Sosial Sahibkarlıq üzrə təhsil alıb. Həmçinin idman-bal rəqsləri üzrə beşqat ölkə çempionudur, Azərbaycanı Avropa və dünya çempionatlarında dəfələrlə təmsil edib.

Tarix: 29 yanvar 2016-cı il
Vaxt: 19:00
Yer:YARAT Müasir İncəsənət Mərkəzi, Dövlət Bayrağı Meydanının yaxınlığ

Bir cavab yazın

Back to top button