14 Dekabr 22:21

YARAT Müzakirələri: Cavid Quliyev

Dekabrın 21-də Sizi, YARAT Müzakirələri layihəsi çərçivəsində HYPNOTICA şirkətinin təsisçisi Cavid Quliyevlə görüşə dəvət edirik.
HYPNOTICA 2009-cu ildə təsis edilib. Azərbaycanda Video Mappinq üzrə ilk və hal-hazırda yeganə şirkət olan HYPNOTICA, bu sahədə peşəkar şəkildə layihələr həyata keçirir. Şirkətin komandası yaradıcı gənclərdən ibarətdir.

Görüşün formatı – müxtəlif mövzular haqda müzakirələr:

• Şirkətin yaradılması və o dövrdə mövcud olmayan bazarda ilk addımlar;
• İş prosesində çətinliklər və absurd anlar;
• İş prosesində insan faktoru;
• İllüziyalara sərf olunmuş vaxt;
• Müxtəlif ölkələrdə iş üslubları;
• Demotivasiyadan motivasiya;

Tədbir rus dilində keçiriləcək

HYPNOTICA haqqında və yaradıcılığından aşağıdakı linklərdən tanış ola bilərsiniz:
vimeo.com/hypnotica/videos
facebook – https://www.facebook.com/hypnotica.visual.performance
Instagram – http://instagram.com/hypnotica.now
или на сайте – www.hypnotica.us

21 dekabr, saat 19:00
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)