#
13 Yanvar 19:58

YARAT Müzakirələri: Zabit Səmədov

17 yanvar tarixində qonağımız məşhur Azərbaycan döyüşçüsü, kikboksçu Zabit Səmədov olacaq.
Görüş zamanı Zabit Səmədov öz idman təcrübəsi və nailiyyətlərindən, qələbəyə aparan çətinliklərdən söz açacaq. Həmçinin, Zabit hal-hazırda YARAT Mərkəzində nümayiş olunan “Dağılaraq zirvələrə doğru qalxırıq” sərgisi ilə bağlı təəssüratlarını bölüşəcək.

Zabit Səmədov 1984-cü ildə Gürcüstanda azərbaycanlı ailəsində dünyaya göz açıb. 9 yaşından idmana maraq göstərməyə başlayıb. Əvvəllər o, məşqçi Əziz Dursunovun rəhbərliyi ilə 6 ay karate ilə məşğul olmuşdur. Sonra isə Muay tay idman növünə üz tutur. 1998-ci ildən etibarən o, Minskdə məşhur Chinuk GYM klubunda fəaliyyətini davam etdirir. Orada onu dünya çempionu Dmitri Pyaçeski məşq etdirir. Zabit Səmədov idman karyerasında peşəkar kikboksinq üzrə bir neçə dəfə Dünya və Avropa çempionu, Qran-Pri mükafatının sahibi olmuşdur.

17 yanvar, saat 19:00
Nəzərinizə çatdıraq ki, giriş sərbəstdir, lakin yerlərin sayı məhduddur

Yarat! Contemporary Art Space

Sabail district, E119 Highway, AZ1003, Az1003 Bakü
Bəyən və paylaş

Rəylər

rəy(lər)