14 Dekabr 22:19

YARAT Müzakirələri: Feliks Vişnevetski

Dekabrın 20-də YARAT Müzakirələri layihəsinin qonağı “1news.az” agentliyinin «Bomond» rubrikasının aparıcısı jurnalist Feliks Vişnevetski olacaq.
Jurnalist Feliks Vişnevetski karyerasını “Biz sizə göstərərik” proqramı ilə başlamış, sonra isə “Qazeta” jurnalının baş redaktoru olmuşdur. 2008-ci ildən “1news.az” xəbər agentliyində çalışır və eyni zamanda “QN” uşaq kino məktəbində jurnalistika üzrə dərs deyir.
Tədbir zamanı qonağımız fəaliyyət təcrübəsi ilə bölüşərək, “Dağılaraq zirvələrə doğru qalxırıq” adlı yeni sərgi haqqında təəssüratlarını paylaşacaq.

Tarix: 20 Dekabr, 19:00
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)