29 İyul 12:10

YARAT Rezidentləri: “Unut bildiklərini, gör mən kiməm” sərgisi

YARAT Müasir İncəsənət Məkanı, sizi YARAT rezidentləri Aqil Abdullayev, Diana Hacıyeva, Çinarə Məcidova (hər üçü – Azərbaycan), Ela Ştefanats (Xorvatiya) və Katya Verheulun (Niderland) əsərlərindən ibarət “Unut bildiklərini, gör mən kiməm” adlı qrup sərgisinə dəvət edir.

Açılış: 30 iyul, saat 19:00
ARTIM Layihə Məkanı (İçərişəhər, Kiçik Qala küç., 5)

Giriş sərbəstdir

YARAT rezidentlərinin sərgisinin başlıca məqsədi, “ikiüzlü Yanus” fenomeninin eyni zamanda həm konstruktiv, həm də destruktiv (dağıdıcı) formalar ala bilən ictimai rəydə necə təzahür etməsini araşdırmaqdır. Sərgi çərçivəsində şəxsi təcrübələr, mövhumatlar və şəhər əfsanələrinə əsaslanan hekayələr təqdim ediləcək. Onların kökü yerli mif yaradıcılığından, eləcə də, həqiqət və yalan, reallıq və uydurma arasında incə sərhəd boyunca inkişaf edən gənclər mədəniyyətindən qaynaqlanır. Sərginin əsas məqsədlərindən biri, ictimai rəyin diqqəti cəlb etməyə kömək etmək əzmində olması, eyni zamanda, şayiələr, dedi-qodular, ya da istehza kimi ən kəskin formada təhqiramiz manipulyasiyalar və təşviqatlar aləti kimi istifadə edilə bilməsini araşdırmaqdır. Sərgi, növbətin suala cavab tapmağa çalışan təhsil proqramı ilə müşayiət olunur: Bu niyə baş verir və bunun qarşısını necə almaq olar?

Aqil Abdullayevin videoəsərinin əsas diqqəti, dostların insanın həyatına necə təsir göstərməsinə yönəlir. Filmdə ali təhsilin dörd müxtəlif mərhələləri arasında, tələbəlik mühiti üçün səciyyəvi olan dialoqların qurulması ilə bu məsələ öz həllini tapır. Bu yeni film və onunla bağlı çap materialları yeniyetmələrin mühitində istənilən növ təhqirlər və zorakılıqların formalaşmasını qınayır, şiddətli hücumlar və rişxənd obyektlərinin asılılıqları və xatirələrinə xüsusi diqqət ayırır. Filmdə rifah, gənclik və xoşbəxtliyin xilasedici vərdişlərinin mexanikasını diqqətlə nəzərdən keçirir, bizi xarakterlərin çoxmüxtəlifliyi ilə əhatə edir və bizim narahatlıqlarımıza qarşı mübarizəyə, “ova” çıxır. Bütün rolları Aqil şəxsən özü ifa edir. Xromakey texnologiyası ilə kadrlara fonların daxil edilməsindən istifadə etməklə, o, heyrətamiz xoşbəxt mühit yaradır. Bəzi tarixlər, personajlar və araşdırma obyektlərinin öz-özünə dağılması və rəssam tərəfindən təqdim edilən xəstə cəmiyyətin tam süqutuna gətirib çıxarsa da, o, nəyə görəsə, bütün bunların daha yaxşıları ilə əvəzlənəcəyinə bir o qədər ümid bəsləmir.

Diana Hacıyevanın “Təbii seçim” adlı əsəri, daha güclülərin sağ qalması ilə bağlı Darvinin nəzəriyyəsini işıqlandırır. Bu nəzəriyyə təsdiq edir ki, ətraf mühitin mövcud şəraitlərinə daha yaxşı uyğunlaşmağa müvəffəq olan orqanizmlər, digərlərinə rəğmən, daha çox üstünlüyə və daha çox sağ qalma şansına malik olur. Bu isə onların digər, daha az uyğunlaşmış canlılar ilə münasibətdə, öz genlərini növbəti nəsillərə daha çox ötürməyə imkan verir. Diana Hacıyeva, istehza və rişxəndi primitiv gücün təzahürü və insan reallığının ayrılmaz hissəsi hesab edir və buna daha çox artıq erkən yaşda olan gənclərdə müşahidə etmək olar. Rəssamın multimediya instalyasiyası, sağqalma rejimində insanın biopolyar davranışının qəddarlığını ortaya qoyur.

Çinarə Məcidovanın “Güllə-sözlər” adlı videosu, sözü, müasir dövrün həm neqativ, həm də pozitiv şəkildə istifadə edilə bilən ən güclü silahlarından biri kimi araşdırır. Apardığı sorğu vasitəsilə, o, insanların daha çox istehzalara məruz qaldığı səbəbləri araşdırıb. Məlum olub ki, bu səbəblər daha çox xarici görünüş, etnik mənsubiyyət, irq və ya sosial status ilə bağlıdır. Bu gün sosial şəbəkələrdə təqib və sıxışdırmalar üçün “kiber-istehza” kimi tanınan daha bir platforma formalaşıb. Rəssamı “söz hücumlarının” səbəb-nəticə parametrləri maraqlandırır. Belə hücumlar, qurbanın xüsusi olaraq uşaq yaşlarında mənəvi və psixoloji stabilliyinin pozulmasına səbəb olmaqla, bütün sonrakı həyatına təsir etmək iqtidarındadır. Rəssam, kollektiv söz zorakılığını bu təhqirlərin rüsvayçı obyektini, bir gün qəfildən bir çox qurbanlara arasında partlama təhlükəsinə malik olan “ləng təsirli bomba” ilə müqayisə edir.

Tarixi Qız Qalası ilə bağlı gənc qızların intiharı haqqında bir çox Bakı əfsanələri var. Versiyalardan birinə əsasən, bir qız qaladan özünü ona görə atıb ki, tez-tez onun atası kimi tanınan şəhər hökmdarı ilə ailə qurmaq, qan qohumluğunun qarşısını alsın. Belə bir versiya da var ki, Bakının əfsanəvi qurucusu Xüsur öz bacısını qalada əsir edir, o isə qardaşının acığına, özünü qaladan aşağı atır və məhv olur. Bu zaman, Tanrı Xəzər dənizini yaradır və dəniz, Xüsurun otlaqlarını su altında qoyur. Müxtəlif əfsanələrdə eyni əlamətdar element təkrarlanır – bu, ilk övlad və ya bakirə qız kimi son dərəcə dəyərli gənc xanımı oğurlanmasını və daha sonra, onun könüllü intiharıdır. Qalanın adı, eləcə də kollektiv şüuru formalaşdıran yerli sosial normaların yaranması, məhz bununla izah olunur. Katya Verheulun “Qız” adlı videosunda, bir qrup gənc qızlar, bu gün onun əhəmiyyəti ilə bağlı suallar doğurmaq üçün, qala haqqında köhnə mifləri yenidən oynayır, dağıdır və yenidən qurur.

Ela Ştefanatsın “Adsız renessans” adlı əsəri “Reprezentativlik maskası altında nə gizlənir?” sualını araşdırır. Öz videoperformansında o, Azərbaycan kişisinin tipik geyim elementi kimi hesab etdiyi ağ rəngli kişi köynəyini geyinib. O, süngər ilə yuyunmağa çalışsa da, onun səyləri əbəsdir: özünü daha çox sürtdükcə, köynək daha çox çirklənir. Onun hamamda yuyunma jestləri, reprezentativliyin qalın qapılarının arxasına baxandan sonra, ilkin, “təmiz” vəziyyətə qayıtmağın mümkünsüzlüyünü imitasiya edir. İnstalyasiyanın ikinci hissəsi üzərində torpaq və toxumlar olan taxta masadan ibarətdir. Sərgi ərzində, bu toxumlar cücərir, gül açır, daha sonra isə solur və quruyur. Masa və birillik təbii material kimi tipik məişət elementlərindən istifadə etməklə, rəssam, reallıq və ideal arasında qarşılıqlı asılılığın və gərginliyin güclü sahəsini əks etdirir, öz həyat tərzinin dəyərlərini qoruyub saxlayan və xeyirxah xarici dünya obrazı və real dünya arasında ziddiyyəti qəbul edə bilməyən ailə obrazı yaradır. “Rezident” adlı avtoportretlər silsiləsində, Ştefanats şəhərdə gizlənmək, mühitə uyğunlaşmağa və seçilməməyə çalışan hisslərini araşdırır.

YARAT Rezidentura Proqramı

YARAT Müasir İncəsənət Məkanı, hər ilin sonunda (sentyabr ayında) rəssamları rezidentura proqramında iştirak üçün müraciət etməyə dəvət edir. Proqram üç mərhələyə bölünüb (yanvar-aprel, aprel-iyul, sentyabr-dekabr) və qrantların təqdim edildiyi rəssamlar, üç ay ərzində Bakıda işləmək və yaşamaq imkanı əldə edirlər. Hər bir mərhələdə iki beynəlxalq və iki yerli rezident iştirak edir. YARAT Rezidentura Proqramı, müxtəlif mövzular üzrə araşdırmaların aparıldığı açıq təcrübələrə və Qafqaz regionunun araşdırılmasına maraq göstərən rəssamlar üçün açıqdır. Proqram çərçivəsində rezidentlər öz həmkarları, habelə beynəlxalq səviyyəli incəsənət peşəkarları ilə müzakirələr aparmaq, eləcə də Azərbaycanın müxtəlif bölgələrinə səfərlər etmək imkanı əldə edirlər. Rezidenturanın sonunda uğurlu sənət əsərləri Bakıdakı ARTIM Layihə Məkanında nümayiş etdirilir. YARAT Rezidentura Proqramı əsasən ingilis dilində aparılır.

Sərginin müddəti: 30.07.-29.09.2019
Sərginin iş rejimi: Çərşənbə axşamı-Bazar, saat 12:00-20:00
Ətraflı məlumat: www.yarat.az; 0125051414

Bəyən və paylaş

Rəylər

rəy(lər)