7 Aprel 23:36

YARAT Rezidentlərinin yekun sərgiləri

Artım Layihə Məkanı Sizi Yarat Residentləri Lük Börton (böyük Britaniya), Vaciko Çaçxiani (Gürcüstan), Qvantsa Cişkariani (Gürcüstan), Elturan Məmmədov (Azərbaycan) və Zamir Süleymanovun (Azərbaycan) yekun sərgisinin açılışına dəvət edir.

Residentlərin hər biri Yarat Studiyalarında müvəqqəti işləmək məkanı və Artım-da beş fərdi sərginin keçirilməsi üçün dəstəklənmişlər.

Lük Börtonun “Fontan Araşdırmaları üçün Çiy Layihələr” videosu şəhəri təşkil edən tarixi modelləri, o cümlədən, urbanistik mühitdə istifadə olunan şəhərin identifikasiya formasını müəyyənləşdirən dekorasiya yolunu tədqiq edir.

Vaciko Çaçxiani Ən son tutuna biləcəyim cism – nəzakətli sözlərindir sərgisinin əsas konsepsiyası olmaq və olmamaq ideyası üzərində qurulmuş işi təqdim edir.

Qvantsa Cişkarianinın ilham pərisi Kitçin mass kultura üzərində olan dominantlığını Saxta Mallarında izah edir.

Elturan Məmmədov Çobanın yuxusunda Rusiya və Türkiyənin Azərbaycanın yerli mədəniyyətinə olan təsirlərini tədqiq edir.

Zamir Süleymanovun Ağır Sözləri Azərbaycan cəmiyyətinin mövcud hökmran qayğılarından bəhz edir.

YARAT Müasir İncəsənət Məkanı bir müddət əvvəl yerli incəsənət səhnəsinə dəstək göstərmək, o cümlədən, yerli və xarici rəssamlar arasında yaradıcı mübadiləni dəstəkləmək məqsədilə residensiya proqramına başlamıdır. Residensiya xarici rəssamları Yarat Studiyalarının hissəsi olan müvəqqəti işləmək məkanı və Artım Layihə Məkanında yekun sərgi üçün işlər yaratmaq eyni zamanda üç aya qədər Bakıda iki yerli rəssam ilə qalmaq və işləmək üçün dəvət edir.

Daha ətraflı məlumat üçün: www.yarat.az ; 0125051414
Tarix: 12 aprel
Saat: 19:00-da
Yeri: ARTIM Layihə Məkanı
Ünvanı: İçərişəhər, Böyük Qala küçəsi 30, 001A
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)