5 Oktyabr 14:46

YARAT Teatr Klubu: “Telefon” tamaşası

26 oktyabr tarixində YARAT Teatr Klubu çərçivəsində “Telefon” tamaşası təqdim olunacaq.

“Telefon” tamaşası Xalq yazıçısı Anar Rzayevin “Mən, sən, o və telefon” hekayəsi əsasında səhnələşdirilmiş müasir interpretasiyadır və bir təsadüfi hadisənin, iki tanış olmayan gənc arasında yaranmış telefon söhbətinin, onların həyatını necə dəyişə bilməsi haqqındadır.

Ssenari müəllifi və quruluşçu rejissor: Leyla Qurbanova

Aktyorlar: Mikayıl Bayramov, Ləman Sadıqova, Kamal İbrahimov, Ramazan Babayev.

Tarix: 26 oktyabr, 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir

Bəyən və paylaş