2 Sentyabr 18:39

“Yarımçıq qalmış” tamaşasının heyəti ilə görüş

Sentyabrın 5-i YARAT Müasir İncəsənət Mərkəzində Ədəbiyyat Klubu çərçivəsində Yefim Abramov, Leyla Bəyim Cəfərovanın müəllifi olduğu “Xəyalpərvər oğlanlar” pyesi əsasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təqdim olunmuş “Yarımçıq qalmış” tamaşasının yaradıcı heyəti ilə görüş olacaq.

Müəlliflər bu əsəri Aprel döyüşlərində həlak olmuş gənc memar Samir Qaçayevin simasında, Qarabağ müharibəsində həlak olmuş bütün şəhidlərə ithaf etmişlər.

Görüş zamanı siz tamaşanın quruluşçu rejissoru, respublikanın Xalq artisti Vagif Əsedov, əsərin müəlliflərindən biri Leyla Bəyim Cəfərova, baş rolların ifaçıları Elnur Kərimov, Günel Məmmədova, Elşən Rüstəmov, Zemfira Əbdülsəmədova, Manaf Dadaşov ve digər aktyorlarla söhbət etmək imkanı əldə edəcəksiniz.

Tədbirdə tamaşadan səhnələr göstəriləcək.

Tarix: Sentyabrın 5-i, saat 19:00
Giriş sərbəstdir

Bəyən və paylaş