Yaşıl hidrogen mövzusu üzrə layihə müsabiqəsi elan edilir
Almaniya Federal Təhsil və Tədqiqat Nazirliyi (BMBF) Federal Hökumətin Təhsil, Elm və Tədqiqat Qaydalarının Beynəlmiləlləşdirilməsi Strategiyası çərçivəsində yaşıl hidrogen mövzusu üzrə layihə müsabiqəsi elan edir. Müsabiqə Cənubi Qafqaz və Orta Asiya ölkələri, Ukrayna və İranla hidrogen mövzusu üzrə elmi əməkdaşlığın inkişafı və intensivləşməsinə dəstək və beləliklə, transmilli əməkdaşlıq tərəfindən təklif olunan iqtisadi, ekoloji və inkişaf imkanlarını həyata keçirmək məqsədi daşıyır.
“Yaşıl hidrogen iqtisadiyyatının inkişafı” mövzusunun geniş spektri ilə əlaqəli aspektləri (generasiya/katalitik proseslər, hidrogen elektrolizi, biokütlə, bərpa edilə bilən enerji, hidrogenin saxlanması, nəqli və paylanması, karbon utilizasiyası, iqlimin mühafizəsi potensialı, cəmiyyət və ekologiya) əhatə edən layihələr dəstəklənəcək.
Hər bir layihə 24 və 36 ay müddətində olmalıdır.
Layihə təklifi alman tərəfdaş tərəfindən və ya qeyd edilən ölkələrdən ən azı bir və ya bir neçə elmi tərəfdaş qurumla birlikdə 30 iyun tarixinə qədər təqdim edilməlidir.
Daha ətraflı məlumatıburadanəldə edə bilərsiniz.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur